Türkiyə HHQ-nin nümayəndələri Gəncə şəhərinə gəlib
30 İyul 2020 15:21 Siyasət"TurAz Qartalı-2020" birgə taktiki-uçuş təlimlərində iştirak etmək üçün Türkiyə Hərbi Hava Qüvvələrinin (HHQ) geniş tərkibdə uçuş və mühəndis-texniki heyəti Gəncə şəhərinə gəlib.
"OLAYLAR" Müdafiə Nazirliyinə istinadən xəbər verir ki, təlimlərə hazırlıq məqsədilə hazırda heyətlərin yerləşdirilməsi, təlimin planlaşdırılması və digər təşkilati məsələlərlə əlaqədar müvafiq tədbirlər həyata keçirilir.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31