Bu il 4 yeni siyasi partiya dövlət qeydiyyatına alınıb

2020-ci ilin altı ayı ərzində  73 qeyri-kommersiya qurumu, o cümlədən çoxpartiyalı sistemin inkişafına dövlət dəstəyinin təzahürü olaraq 4 yeni siyasi partiya dövlət qeydiyyatına alınıb. Bu barədə Ədliyyə Nazirliyindən "Olaylar"a verilən məlumata görə, hesabat dövründə  30-dək mətbu nəşr uçota götürülüb. Hazırda qeyri-kommersiya təşkilatlarının ümumi sayı 4.624, mətbu nəşrlərin sayı isə 5.343 təşkil edir.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31