“Birgə hərbi təlimlərdən ermənilərin təşvişə düşməsi əsaslıdır”

"Psixoloji baxımdan ermənilər özlərinə təskinlik verməyə çalışırlar ki, guya onlar Azərbaycan Ordusu ilə döyüşə bilərlər. Yəni, ermənilər özləri özlərinə belə təlqin edirlər. Amma indi fikirlərşirlər ki, qarşılarında özlərindən 3-4 dəfə böyük bir dövlətin ordusu ilə yanaşı, özlərindən 50 dəfə, 100 dəfə güclü bir dövlətin ordusu da var." Bu sözləri SİA-ya verdiyi açıqlamasında Siyasi İnnovasiya və Texnologiyalar Mərkəzinin direktoru, politoloq Mübariz Əhmədoğlu deyib.

Mərkəzin direktoru qeyd edib ki, Azərbaycan-Türkiyə birgə hərbi təlimlərindən ermənilərin təşvişə düşməsi əsaslıdır.
"Ermənilərin təşvişinin, eyni zamanda, tamam ayrı səbəbi də var. Onlar Rusiyanı hal-hazırda Azərbaycanın üstünə qızışdırmaq istəyirlər. Bilirsiz ki, son illərdə Cənab Prezidentin apardığı siyasət Rusiya ilə Azərbaycanı xeyli yaxınlaşdırıb. Ən azı təhlükəsizlik anlayışına münasibət bunun dəqiq sübutudur. Rusiya Ermənistanla təhlükəsizlik məsələlərini müzakirə edəndə yalnız Cənubi Qafqaz regionunu müzakirə edir. Amma Rusiya Azərbaycanla təhlükəsizlik məsələlərini müzakirə edəndə region xeyli genişlənir. Cənubi Qafqaz, Xəzər dənizi, Yaxın Şərq və sair. Yaxın Şərqdə də bilirik ki, çoxşaxəli məsələlər var. Yəni, ermənilər özləri də belə düşünürlər ki, Rusiya ilə Azərbaycanın xeyli çox yaxınlaşıb. İndi də bütün gücləri ilə çalışırlar ki, Rusiya ilə Azərbaycan arasına girsinlər. Ermənilər çox gözəl bilirlər ki, Türkiyənin hal-hazırda belə marağı təkcə Qarbağ roblemindən ötrü deyil, həm də Türkiyənin özünün dövlət maraqlarından ötrüdür.
Böyük Türkiyə yaradır Ərdoğan və bilirik ki, bu gün Suriyada, İraqda, Liviyada, Livanda, Aralıq dənizində Rusiya ilə belə deyək, xeyli toqquşan maraqları var. İndi Ərdoğan belə hesab edir ki, indi Qafqazdan Rusiyanı sıxışdırmaq lazımdır. Yəni, ermənilər də bax bunu hesablayırlar ki, Rusiya-Türkiyə qarşıdurması, məhz Qafqazda baş versin, Qafqazda Rusiya ilə Türkiyə vuruşsun, hansı ki, bu, ermənilərin köhnə planıdır. Qafqaz uğrunda Rusiya-Türkiyə müharibəsinin də günahkarı Azərbaycan olsun, yeri gəlsə, Rusiya-Türkiyə vuruşmaları Azərbaycanın ərazisinə keçsin. Bax ermənilərin hal-hazırda çalışdıqları bundan ötrüdür. 2016-cı ilin aprel döyüşlərində Azərbaycan təkbaşına döyüşdü və Azərbaycan təkbaşına da daha güclüdür.
Bizim xarici işlər nazirinin də bəyənatı var və bu, əvvəlcədən planlaşdırılmış hərbi təlimlərdir və bu, təhlükəsizliyin gücləndirilməsinə xidmət edir. Dağlıq Qarabağ münaqişəsinin həll olunmamış qalması regional təhlükəsizliyi azaldan məsələdir. Amma regional təhlükəsizlik üçün təhdid təkcə Qarabağ məsələsi deyil. Regiona İŞİD terrorçuları da girə bilər, regionda müxtəlif problemlər yarana bilər. Ona görə də Azərbaycan və Türkiyə ordusunun təlimlərinə daha çox bu kontekstdən yanaşmaq lazımdır. Yoxsa, erməniləri qızışdırıb Rusiyanı Azərbaycanın üstünə salışdırmaq məqsədi ilə yox", deyə Mübariz Əhmədoğlu bildirib.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31