Deputat: “Bu təlimlərin Tovuz hadisələri ilə əlaqəsi yoxdur”

"Azərbaycan və Türkiyə hərbçilərinin genişmiqyaslı təlimi əvvəlcədən planlaşdırılıb: "Ona görə də bu təlimlərin Tovuz hadisələri ilə bir əlaqəsi yoxdur. Daimi olaraq, Türkiyə və Azərbaycan hərbiçiləri həm Türkiyə, həm də Azərbaycan ərazisində belə hərbi təlimlər keçirirlər. Burada əlahiddə heç bir şey yoxdur. Yəni, bu ənənəvi olaraq ikitərəfli hərbi əməkdaşlıq sazişi əsasında keçirilən hərbi təlimlərdir".  "Olaylar" xəbər verir ki, bunu deyən Böyük Quruluş Partiyasının sədri, millət vəkili Fazil Mustafa bildirdi ki, bu təlimlərin Azərbaycan üçün əhəmiyyəti ondan ibarətdir ki, belə hərbi əməkdaşlıq ordumuzun təcrübəsinin artırılmasına yardımçı olur: "Digər tərəfdən isə Türkiyə bizə qardaş ölkədir, müttəfiqimizdir. Türkiyə ilə birgə manevrlər etmə vərdişi əldə edirik. Bu da ölkəmizin ordu quruculuğunda olduqca faydalıdır. Eyni zamanda, Türkiyənin Naxçıvanla bağlı öhdəliyi var. Təlimlərin orada keçirilməsi həm də Ankaranın mesajıdır ki, bölgə ilə bağlı bütün proseslərdə aktiv rol almaq niyyətindədir". F.Mustafa qeyd edib ki, bu təlimlər Azərbaycanın əlini möhkəmlətməkdən daha çox, əməkdaşlığa xidmət edir: "Bilirsiniz ki, əvvəlki illərdə də belə hərbi təlimlər olub. Xatırlayırsınızsa, Türkiyədə - Qarsda və başqa yerlərdə belə təlimlər keçirilib".

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31