“Hələ də məsuliyyətini sonadək anlamayan, yerində olmayan kadrlar var”

Eldar İbrahimov: "Su probleminin bu həddə çatmasında məsul şəxslərin də məsuliyyəti az deyil"

Azərbaycan prezidenti İlham Əliyevin həyata keçirdiyi sosial-iqtisadi siyasət ölkədə çoxsaylı infrastruktur laihələrin reallaşmasına səbəb olub. Heç şübhəsiz ki, bu layihələrin icrası nəticəsində ölkəmiz sürətlə inkişaf edib. Söz yox ki, ölkəmizdə bütün infrastruktur layihələrini ardıcıl şəkildə icrası dövlət başçısının tam nəzarətindədir, ancaq  etiraf edilmılidir ki, infrastruktur layihələri arasında su layihələrinin xüsusi yeri var. Təbii ki, infrastruktur layihələri arasında prioritetlər müəyyən edilməli idi və 2004-cü ildə regionların sosial-iqtisadi inkişafına dair birinci Dövlət Proqramı qəbul olunanda bu prioritetlər çox açıq şəkildə ortaya qoyuldu. Regionların sosial-iqtisadi inkişafına dair birinci Dövlət Proqramının qəbul edildiyi 2004-cü ildə Azərbaycanda içməli su ilə təminat 40 faiz səviyyəsində idi. Bu gün isə bu rəqəm 70 faizə çatıb. Bakı şəhərində içməli suyu davamlı şəkildə alan əhalinin sayı 29 faiz idi, bu gün bu rəqəm təxminən 82 faiz təşkil edir. Regionlarda isə əhalinin içməli su ilə əhatə dairəsi cəmi 9 faiz idi. Bu gün bu rəqəm 63 faizdir. Sözün həqiqi mənasında sadlanan göstəricilər ciddi bir naliyyətdir, ancaq bununla bərabər, bu rəqəmlər onu göstərir ki, hələ də görüləsi işlər kifayə qədərdir. Hazırda içməli su layihələri, meliorasiya layihələri günümüzün ən vacib məsələləri hesab olunur. Bu günlərdə dövlət başçısının rəhbərliyi ilə su probleminə həsr olunmuş müşavirənin keçirilməsinin də əsas məqsədi odur ki, bu sahədə buraxılmış səhvlər, mövcud çatışmazlıqlar bundan sonrakı illərdə aradan qaldırılsın, vahid idarəetmə mexanizmi işlənib təqdim edilsin və biz ardıcıl olaraq qısamüddətli, ortamüddətli və uzunmüddətli fəaliyyət planı icra edilsin. Təsadüfi deyil ki, su təsərrüfatının vəziyyətinə həsr olunmuş müşavirədə çıxışı zamanı Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev xüsusilə vurğulayıb ki, Azərbaycanda içməli su və suvarma suyu ilə təminat 100 faiz olmalıdır.

Millət vəkili Eldar İbrahimov qeyd edib ki, Azərbaycanda tarixən su problemi olub. Çünki Azərbaycanın su ehtiyatları o qədər də çox və zəngin olmayıb. Ancaq axır 32 ildə, Qarabağ hadisələri başlanandan sonra su məsələsində problemlərimiz daha da artıb. Çünki Azərbaycanın əraziləri, torpaqları kimi, əsas su ehtiyatları, su mənbələri, çaylarımız, bulaqlarımız da işğal olunub, təcavüzə uğrayıb: "Xüsusilə, "Sərsəng" SES kimi, çox əhəmiyətli, çox strateji su anbarımız illərdir erməni işğalındadır. Hansı ki, işğaldan öncə Aran Qarabağ və başqa bir neçə rayonumuz, bölgəmiz məhz bu su anbarı vasitəsi ilə öz su problemini həll etməyə çalışırdı. Bu su anbarı bu gün həm də düşmənin əlində bir silaha, təzyiqə, təhdidə çevrilib. Çünki son illər ərzində orada heç bir yenidənqurma, müasirləşdirmə, bərkidilmə işləri aparılmayıb.Orada ani qəza, ani fəsad Azərbaycanın adıçəkilən bölgələri və əhalisi üçün böyük fəlakətlər yarada, törədə bilər ki, bunu da təsəvvürə gətirmək və sözlə ifadə etmək belə, mümkün deyil. Bu məsələ Azərbaycan rəsmiləri, ölkəmizin beynəlxalq təşkilatlardakı nümayəndə heyətləri tərəfindən də dəfələrlə beynəlxalq qurumlar, xüsusilə, ATƏT və Avropa Şurası qarşısında qaldırılsa da, çox təəssüflər olsun ki, bugünədək heç bir nəticəsi olmayıb, düşmənə bu yöndə heç bir təzyiq, təsir göstərilməyib və "Sərsəng" SES bu gün də cidi təhlükə mənbəyi olaraq qalmaqdadır. Eyni zamanda, ötən əsrin 90-cı illərində və 2000-ci illərinin əvvəllərində bölgələrimizdə elektrikin, qazın olmaması, fasilələrlə verilməsi səbəbindən su ehtiyatlarımıza növbəti ciddi zərbələr dəydi. Xüsusilə, meşələrimizin qırılması ilə içməli su mənbələrimizin, bulaqlarımızın çoxu qurudu, sıradan çıxdı. Son illər, ələlxüsus, son aylar isə daha bir problem yarandı. Həm havaların isti, quraqlıq keçməsi, həm də Kür çayında suyun səviyyəsinin xeyli aşağıya düşməsi su məsələsində ciddi problemlər yaratdı. Əsasən də, ölkənin Mil-Muğan bölgəsi, Neftçala, Biləsuvar rayonlarında ciddi çətinliklər yaşandı və təəssüflər olsun ki, problemlər hələ də davam etməkdədir: " Hesab edirəm ki, problemin bu həddə çatmasında aiddiyyatın yerli və mərkəzi qurumların, məsul şəxslərin də məsuliyyəti az deyil. Onlar vaxtında təbdirlər görsəydilər, ciddi addımlar atsaydılar, xüsusilə, suyun bölünməsi və paylaşdırılmasında neqativlərə yol verməsydilər, büdcədən ayrılan vəsaitləri düzgün məcrasına yönəltsəydilər, problem bu həddə çatmaz, bu qədər şişməzdi. Görünür ki, hələ də məsuliyyətini sonadək anlamayan, yerində olmayan insanlar, kadrlar var. Ancaq bu məsələ dövlətin, xüsusilə, hər bir məsələyə son dərəcədə həssaslıqla yanaşan dövlət başçısı cənab İlham Əliyevin diqqətindən yayına bilməzdi, necə ki, yayınmadı. Dövlət başçısı dərhal məsələyə müdaxilə etdi, dövlət və hökumət nümayəndələrinin, aidiyyatı qurumların rəhbərlərinin iştirakı ilə videoformatda su müşavirəsi keçirdi, görülən və görüləcək işlərlə bağlı bir daha fikirlərini səsləndirdi, bir sıra mühüm göstəriş və tapşırıqlarını verdi. Xüsusilə, bu məsələdə məsuliyyətsizliyə, laqeydliyə yol verənlərin məsuliyyətə cəlb olunmaları, cəzalandırılmaları ilə bağlı sərt və birmənalı mövqeyini ifadə etdi. Dövlət başçısı çıxışında "Son vaxtlar mənə yerlərdən hər gün məktublar gəlir. Quraqlıq və bəzi hallarda aidiyyəti qurumların laqeyd münasibəti nəticəsində çox ciddi problemlər yaranıbdır. Daha çox fermerlər, sahibkarlar yazırlar, gündə təqribən 10-dan çox rayondan məktublar gəlir. Bu məktublara Prezident Administrasiyasında və Nazirlər Kabinetində baxılır. Bu siqnallar nəzarətdədir və bu məsələlər operativ qaydada həll olunur. Ancaq biz bu məsələləri kompleks şəkildə həll etməliyik ki, gələcəkdə təbii problemlərin yaratdığı xoşagəlməz mənzərəyə və çətinliklərə hazır olaq"-deyərək, bildirdi ki, böyük xərc çəkilir, boru xətləri çəkilir, vətəndaşlar buna sevinir, ancaq sonradan min dənə bəhanə gətirirlər ki, belə oldu, elə oldu, su çatmadı, yeni mənbə axtarmalıyıq, yenə vəsait verin, yeni mənbə axtaracağıq. "Buna son qoyulmalıdır. Ona görə mən bütün bu işləri mütəşəkkil qaydada tənzimləyəcəyəm. Aidiyyəti qurumlara göstərişlər verilib. Ciddi nəzarət mexanizmi olmalıdır. İlk növbədə, xərclərə ciddi nəzarət mexanizmi olmalıdır. Yoxsa Azərsudan, "Meliorasiya və Su Təsərrüfatı" Səhmdar Cəmiyyətindən sifariş gəlir, mənə bu qədər pul lazımdır ki, bunu edim. Amma sonra baxıb görürlər ki, bunun texniki-iqtisadi əsaslandırması yoxdur. Bu rəqəmlər haradan götürülüb? Havadan"-deyən dövlət başçımız bir daha qətiyyətli şəkildə bildirdi ki, bu münasibətə son qoyulmalıdır. Qüsurlara yol verən, bu məsələyə laqeyd yanaşan bütün vəzifəli şəxslər cəzalandırılmalıdır. Bəli, çox haqlı irad və tələblərdir. İndi söz aidiyyatı qurumların, şəxslərindir. Onlar ya öz məsuliyətlərini anlayıb, problemin həllində yaxından iştirak etməlidirlər, ya da kənara çəkilib, işi işbilənə təhvil verməlidirlər. Çünki su adi, sıradan məsələ deyil. Su hava qədər vacib olan həyati məsələdir, su-həyat deməkdir. Ona görə də də inanmaq istəyirəm ki, müşavirədə deyilənlər söz olaraq qalmayacaq, xüsusilə, aidiyyatı qurumlar öz vəzifələrini axıracan məsuliyyətlə yerinə yetirəcəklər, problemin həllinə ciddi-cəhdlə çalışacaqlar. Artıq söz vaxtı deyil, əməl vaxtdır".

Nurlan  

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31