Azərbaycan xanım diplomatın məqaləsi onlayn platformada təqdim olundu – ABŞ-da
29 İyul 2020 11:33 SiyasətAzərbaycan Respublikasının ABŞ-dakı Səfirliyinin əməkdaşı Şəlalə Vəliyevanın 20-ci əsrin əvvəlində Azərbaycan qadınların müsəlman dünyasında aparıcı roluna həsr olunmuş məqaləsi müstəqil onlayn platforma olan Medium-da təqdim olunub. Medium platformada müxtəlif istifadəçilər öz əks etdirən yazıları sərbəst şəkildə təqdim edə bilərlər.
Olaylar.az bildirir ki, məqalədə bu il Azərbaycan Demokratik Respublikasının qurulmasının 102 il ötdüyü qeyd olunaraq həmin dövrdə müsəlman əksəriyyəti olan bir ölkədə qadınların rolu haqqında məlumat verilib.
1918-ci ilin dekabr ayında ADR-nın Parlamentin ikinci iclasında qadınların iş şəraiti ilə bağlı reproduktiv hüquqlar və ödənişli əmək məzuniyyəti, analar üçün uşaq müəssisələrinin yaradılması, sağlamlıq və bərabər maaşın təmin edilməsi haqqında yeni konstitusiya maddələri qəbul olunduğu qeyd olunur. Parlamentin ele ilk iclaslarında kişi və qadın üçün bərabər hüquqların təmin edilməsi barədə məsələlərin müzakirə edilmiş və etnik və dini mənsubiyyətindən asılı olmayaraq Demokratik Respublikanın bütün vətəndaşlarına səsvermə hüququ verilmişdir. Daha sonra ADR qadınların təhsili və ictimai fəaliyyətindəki islahatları ilə də məşhur olduğu bildirilərək qısa müddətli Respublikada nüfuzlu qadın liderləri haqqında məlumat verilir. Təqdim olunmuş araşdırmada ictimai fəal Məryəm xanım Bayraməlibəyova, rəssam Qeysər Kaşıyeva, riyaziyyatçı Eynülhəyat Baxışova (Yusifbəyli), yazıçı Şəfiqə Əfəndizadə, Xanım Əzizbəyova, Həmidə Cavanşir, Xanım Orucəliyeva, Məsmə Məmmədova, Şuşa müsəlman kimsəsizlər sığınacağının müdiri İşrət Əlibəyova, Mənzər Novruzova, Zəngilan sığınacağının müdiri Dilarə xanım Cavanşir haqqında məlumatlar əks olunmuşdur. Həmçinin qadınların təhsilsizliyin aradan qaldırılmasında qadınların rolu vurğulanaraq xeyriyyəçi Zeynəlabdin Tağıyev tərəfindən qızlar üçün yaradılan məktəb barədə yazılır və xeyriyyəçinin "təhsilli qız təhsilli bir ailə deməkdir" sitatı misal göstərilir.
1920-ci ildə bolşeviklər tərəfindən ADR-in istilasından sonra Azərbaycan müstəqilliyini 1991-ci ildə Sovet İttifaqının süqutundan sonra bərpa etdiyi və bu gün də ADR-in öndə gedən qadınlarının ruhu Azərbaycan Respublikasının Birinci vitse-prezidenti xanım Mehriban Əliyeva kimi müasir lider vasitəsilə yaşadığı qeyd olunur. Həmçinin məqalədə Milli Məclisin yeni seçilmiş sədri xanım Sahibə Qafarovanun olması, eləcə də Bakı şəhərində ucaldılan Azad qadın heykəlinin simvol olduğu da yazılır.