Millət vəkilinə qarşı qarayaxma kampaniyası aparılır
27 İyul 2020 11:57 SiyasətDeputat: "Fazil Mustafanı bu QUMcuqlar ölümlə hədələyir və ya hər gün ən azı əleyhinə bir məqalə verir"
"Fərarilərin sevinci, səfər günellərinin mövludu, rəhimsiz qurbanlar, əliciyin taleyi- bunların hamısının necə bir kəramət sahibi olduqları bundan sonra daha aydın anlaşılacaqdır. Bunlar cəmiyyəti iki yerə böldüklərinə görə müxalifət adı altında narazı insanların hisslərinin arxasında uzun illərdir özlərini gizlədə bilmişlər. Yəni elə bir görüntü yaratmışlar ki, sanki müxalifətdə olmaq təmizlik, hakimiyyətdə olmaq isə natəmizlik deməkdir. Müxalifətə loyal münasibət mütərəqqi, hakimiyyətə loyal münasibət mürtəce olmağı ehtiva edir. Siyasi qüvvələr arasında normal dialoqa tərəfdar olanlar tryapka kimi təqdim olunurlar". Olaylar" xəbər verir ki, bunu deyən millət vəkili Fazil Mustafanın sözlərinə görə, hələ bunlar dönüb baxmır, necə ola bilər ki, bütün QUMlu media şəbəkələri vaxtilə mərhum Əbülfəz Elçibəyi söyürdülər, guya Elçibəy yolunu getdiyi iddia olunan Əli Kərimovu Tale Bağırzadə ilə birlikdə qoşa qanad kimi təbliğ edirlər: "20 ildir Elçibəy yolundan uzaqlaşdığını bütün təbliğat vasitələrində yalandan beyinlərə yeritməyə çalışdıqları Fazil Mustafanı bu QUMcuqlar ölümlə hədələyir və ya hər gün ən azı əleyhinə bir məqalə verir, sosial şəbəkələrdə öz başıboşlarımızla birlikdə total qarayaxma kampaniyası aparırlar. Ortaya erməni məsələsi çıxan kimi bu adamların siyasi təcrübələri də köməyə gəlmir. Özlərini Azərbaycan maraqlarına deyil, beynəlxalq standartlara uyğun aparmağa çalışırlar. Bizim fikirlərə, düşüncələrə mütləq dönəcəksiniz, anlayacaqsınız, realist siyasətin daha doğru olduğunu sadəcə 6 il həbsdə yatandan sonra duya bilirsinizsə, duyumunuzu bir daha sorğulayın. Bu arada kimi istəyirsinizsə qınayın, tənqid edin, ermənilərin tezislərini dəstəkləyənlərə ən sərt formada münasibət bildirin. Ancaq bir ifadəni kimsədən eşitmək istəmirəm. O da müəllifinə nifrətinə görə hansısa kitabı yandırmaq, baxışları ilə razılaşmadığı bir yazarın kitabı satmaqdan imtina etməkdir. Bir xanım yazarın ermənilərlə bağlı məsələyə yanaşmasının mənfi rezonans doğurması anlaşılandır, lakin onun kitabını məsələnin içinə qatmaq təqdir olunacaq mədəni davranış deyil. Kimsənin kitabını yandırmaq, satmaqdan imtina etmək pis ənənə yaradır, insan düşüncəsinin məhsuluna qadağa qoymaq mənasına gəlir".