Tramp: Çin pandemiyanın yayılmasına qəsdən yol veribsə, nəticələrlə qarşılaşa bilər

Çin koronavirus pandemiyasının yayılmasına qəsdən yol veribsə, nəticələrlə qarşılaşa bilər.

Trend-in "TASS"a istinadən verdiyi məlumata görə, bunu Ağ Evdə keçirilən brifinq zamanı ABŞ prezidenti Donald Tramp deyib.

D.Tramp bildirib: "Biz araşdırma aparırıq, baxaq, görək araşdırma necə gedəcək. <...> Əgər onlar (çinlilər - red.) şüurlu şəkildə buna yol veriblərsə, onda bunun nəticələri olmalıdır".

Onun sözlərinə görə, baş verənlərə qədər Vaşinqton və Pekin arasında münasibətlər konstruktiv olub: "Biz ticarət razılaşması imzaladıq, Çin bizim fermerlərdən 250 milyard dollarlıq məhsullar alır, biz razılaşmanı imzalayanda münasibətlərimiz yaxşı idi".

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31