Pandemiya dövründə Azərbaycan ən optimal və effektiv siyasət yürütdü

"Koronavirusun yayıldığı ilk gündən Azərbaycan Respublikası koronavirusla mübarizədə profilaktik və preventiv xarakteri ilə seçilir, ən optimal və effektli tədbirlər görən ölkə kimi nümunəvi rol oynayır. Bütün bunlar ölkə Prezidenti İlham Əliyevin "Bizim siyasətin mərkəzində Azərbaycan xalqı, onun sosial rifahı dayanır" sözlərinin daha bir təsdiqidir".

Olaylar.az bildirir ki, bu fikirləri Bakı Politoloqlar Klubunun sədri Zaur Məmmədov deyib.

O bildirib ki, cəmiyyətin mühüm hissəsini mikro, kiçik və orta sahibkarlıq təşkil edir:

"Azərbaycan Prezidenti İlham Əliyevin "Koronavirus pandemiyasının və bundan irəli gələrək dünya enerji və səhm bazarlarında baş verən kəskin dalğalanmaların Azərbaycan Respublikasının iqtisadiyyatına, makroiqtisadi sabitliyə, ölkədə məşğulluq məsələlərinə və sahibkarlıq subyektlərinə mənfi təsirinin azaldılması ilə bağlı bir sıra tədbirlər haqqında" Sərəncamına əsasən, ölkədə müxtəlif sosial qrupların, o cümlədən xırda və orta sahibkarlığa dəstək üçün mühüm işlər görülür.

Politoloq qeyd edib ki, karantin rejimi nəticəsində, ölkədə 304 minə yaxın muzdla çalışan insan qeyri-neft sektorunda çalışan insanların təxminən 45 faizindən bir az çoxdur ki, bu da kifayət qədər böyük rəqəmdir:
"Bundan əlavə, 292 minə yaxın fərdi sahibkara dövlət dəstəyi ilə bağlı proqramlar hazırlanıb. Bütün bu dəstək tədbirləri nəticəsində, iqtisadi fəallığın dayanıqlığı, iş yerləri və sosial sabitliyin qorunması, iqtisadiyyata və sahibkarlığa dövlət kredit zəmanəti təmin olunmuşdur. Bu məqsədlər üçün Azərbaycanda  dövlət büdcəsindən 2,5 milyard manat vəsait ayrılıb və bu MDB məkanında ümumi daxili məhsulun nisbətinə görə ən böyük göstəricidir. Pandemiyanın zərər vurduğu fəaliyyət sahələrində sahibkarlıq fəaliyyəti göstərən 300 min fərdi sahibkara dövlət tərəfindən 80 milyon manat həcmində maliyyə dəstəyinin göstərilməsi nəzərdə tutulur. Bu maliyyə yardımı 2019-cu ildə vergilərini, məcburi dövlət sosial sığorta haqlarını və işsizlikdən sığorta haqlarını ödəmiş vergi ödəyicilərinə şamil ediləcək. Təsadüfi deyil ki, ölkə ictimaiyyəti, ələlxüsus biznes elita Prezidentin bu addımını böyük rəğbətlə qarşılayırlar".

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31