Bu çətin günlərdə bir daha sübut olundu ki, Azərbaycanda xalq-iqtidar birliyi mövcuddur

"Azərbaycan koronavirus yayrandığı gündən ciddi tədbirlər görməyə başladı. Bunun üçün ölkə rəhbərliyinə minnətdar olmalıyıq. Bütün dünyanı bürüyün COVİD 19 pandemiyasında dövlət və vətəndaşların birliyi gücə çevrildi. Statistikalarda göstərir ki, Azərbaycan koronavirusla mübarizə aparan ölkələr arasında ən yaxşı göstəricilərdən birinə malikdir".

Bu fikirləri Olaylar.az-a siyasi ekspert Fuad Heydər deyib.

O, "Ciddi tədbirlər nəticəsində qoyulan karantin qaydalarına vətəndaşlar riayət edərək xalq iqtidar birliyini bir daha sübut edirlər. Ölkə başçısının gördüyü işlər və verdiyi qərarların mərkəzində vətəndaş amili dayanır. Vətəndaşın rifahı amili Azərbaycan üçün prioritet məsələdir", - deyib.  

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31