Əli Əsədov Mişustinlə koronanı müzakirə etdi

Azərbaycan Baş naziri Əli Əsədov və Rusiya Baş naziri Mixail Mişustin arasında telefon danışığı olub.

Hökumət başçıları koronavirusun yayılması təhlükəsi ilə bağlı vəziyyəti müzakirə ediblər.

"Hökumət başçıları, Rusiyada və Azərbaycanda koronavirus infeksiyasına qarşı mübarizə və iqtisadiyyatı dəstəkləmək üçün görülən tədbirləri müzakirə ediblər", - deyə məlumatda bildirilir.

Mişustin və Əsədov, həmçinin iki ölkə arasında iqtisadi-ticarət əməkdaşlığının aktual məsələlərinə toxunublar.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31