Müşfiq Cəfərov: “Vətəndaşların təhlükəsizliyi dövlətimiz üçün ən vacib məsələdir”

Müşfiq Cəfərov: “Vətəndaşların təhlükəsizliyi dövlətimiz üçün ən vacib məsələdir”

Prezident İlham Əliyevin koronavirus pandemiyası ilə mübarizə istiqamətində imzaladığı sərəncamlar, vermiş olduğu qərarlar, tapşırıq və tövsiyələri, eləcə də vaxtında həyata keçirdiyi digər tədbirlər bir daha sübut etdi ki, vətəndaşların təhlükəsizliyi dövlətimiz üçün ən vacib məsələdir. "Olaylar" xəbər verir ki, bunu deyən Milli Məclisin deputatı Müşfiq Cəfərov bildirilib ki, Azərbaycanda koronavirus (COVID-19) pandemiyasına qarşı həyata keçirilən tədbirlər çərçivəsində 5 aprel 2020-ci il saat 00:00-dan etibarən 20 aprel 2020-ci il saat 00:00-dək Azərbaycan Respublikası ərazisinə yerüstü və hava nəqliyyatı yolu ilə giriş-çıxış, o cümlədən yerli hava uçuşları tam şəkildə dayandırılıb. Vətəndaşların yaşayış yerlərini tərk etmələri məhdudlaşdırılıb və mobil operatorları vasitəsilə qısa bir zamanda ismarıc yolu ilə icazə tətbiqi yaradılıb: "Məhz ölkə başçısının həyata keçirdiyi bu cür məqsədyönlü tədbirlərin nəticəsində bu vaxtadək Azərbaycanda digər ölkələrlə müqayisədə yoluxma və ölüm halları yüksək rəqəmlərlə ifadə olunmayıb. Son günlərdə müşahidə olunan statistik rəqəmlər isə daha da ümidvericidir. Lakin bütün bunlara baxmayaraq, hər bir azərbaycanlı öz vətəndaş mövqeyindən çıxış etməli, ölkə başçısının koronovirus pandemiyası üçün mübarizə tədbirlərinə vətəndaş həmrəyliyini nümayiş etdirməli, bəşəriyyəti təhdid edən belə bir təhlükəli xəstəliyin fəsadlarının aradan qaldırılması üçün görülən işlərə biganə qalmamalıdır".

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31