Dövlətin atdığı zəruri müsbət addımlar sosial-iqtisadi tədbirlər çərçivəsində genişləndirilə bilər
17 Aprel 2020 14:35 Siyasət"Koronavirusla mübarizə və onun zərərlərinin aradan qaldırılması ilə bağlı Azərbaycan hökumətinin həyata keçirdiyi tədbirləri ümumən qənaətbəxş hesab etmək olar. Hazırda bu virusa yoluxanların sayının getdikcə azalması, sağalma tempinin artan dinamikada inkişafı, işsiz əhaliyə müəyyən yardımların göstərilməsi və sahikarlara kompensasiyalar özlüyündə müsbət addımlar kimi dəyərləndirilə bilər".
Bu fikirləri Olaylar.az-a "Hüquq və İnkişaf" İctimai Birliyinin rəhbəri Hafiz Həsənov deyib.
O qeyd edib ki, bütün bunlar neft gəlirlərinin kəskin aşağı düşdüyü indiki iqtisadi böhran mərhələsində dövlətin atdığı zəruri müsbət addımlardır: "Ehtimal edirəm ki, bu cür addımlar növbəti sosail-iqtisadi tədbirlər çərçivəsində genişləndirilə də bilər. Bütün bunlar ölkədə karantin rejiminin növbəti mərhələdə nisbətən yumşaq şərtlər altında davam etdirilməsinə imkan yaradır.Onu da qeyd etmək lazımdır ki dünyanı bürüyən koronavirus böhranı zamanı Azərbaycanda aparılan təqdirəlayiq işlər birbaşa cənab prezidentin məsələyə ciddi və operativ reaksiya verməsi insanları və müvafiq qurumları səfərbər etməsi nəticəsində bu gün bizdə xəstəlik artan xətt üzrə inkişaf etmir."