"Əziz Prezidentimiz, Sizin dediyiniz kimi, “Biz birlikdə güclüyük!” – Vətəndaşlar YAZIR

Azərbaycan Prezidenti  İlham  Əliyevin ölkə əhalisinin sağlamlığını düşünərək karonavirusla bağlı rəsmi qurumlara verdiyi tapşırıqlar ictimaiyyət tərəfindən rəğbətlə qarşılanır. Məhz bu səbəbdən son günlər ölkə prezidentinin sosial media hesablarına ölkənin müxtəlif ərzailərində yaşayan vətəndaşlar tərəfindən saysız məktublar daxil olur.Prezidentin  saytı   həmin  məktublardan  bir  neçəsini  təqdim  edir.

Yevlax şəhər sakini Əliyev Knyaz Allahverdi oğlu prezident İlham Əliyevə ünvanlandığı məktubda yazır:

"Möhtərəm cənab Prezident.

Dünyada tüğyan edən, bəşəriyyətin bəlasınaçevrilən COVID-19 pandemiyası hər birimiz üçün böyük təhlükəyə çevrilib. Bütün dünya bu bəlaya qarşı mübarizəyə səfərbər olub. Dünyanın inkişafetmiş ölkələri nə qədər çalışsalar da, həm yoluxmanın, həm də itkilərin qarşısını almaqda aciz qalıblar. Sizin rəhbərliyinizlə ölkəmizdə virusla mübarizə işi çox uğurla həyata keçirilir. Tarixində ilk dəfə belə xəstəliklə üzləşən gənc, müstəqil ölkəmizdə görülən tədbirlər nəticəsində yoluxma və ölüm hallarının sayı dünyanın elmi-texniki cəhətdən inkişaf etmiş ölkələrindən dəfələrlə aşağıdır.

Cənab Prezident, bu günlərdə modul tipli yeni xəstəxanaların tikilməsi haqqında imzaladığınız Sərəncam hər birimizin sevincinə səbəb oldu. Sizin rəhbərliyinizlə həyata keçirilən bu işlər vətəndaşlarımızın sağlam yaşamasına yönəlib. Hökumətin hər bir üzvü ona verilən tapşırığı dəqiq yerinə yetirir. Bütün bunlar Sizin uzaqgörənliklə həyata keçirdiyiniz uğurlu siyasətinizin məntiqi nəticəsidir.

Pandemiyanın ölkəmizdə yayılmasına qarşı atdığınız addımlara görə bir ağsaqqal kimi Yevlax sakinləri adından Sizə minnətdarlığımı bildirirəm. Allah Sizi qorusun. Var olun, cənab Prezident! Allah atanız, xalqımızın ümummilli lideri Heydər Əliyevə rəhmət eləsin."

Bakı şəhər, Binəqədi rayon sakini İsazadə Səbuhi Əbülfət oğlu İlham Əliyevə yazdığı məktubda bildirir:

"Hörmətli cənab Prezident.

Dünya ölkələrindəki acınacaqlı vəziyyət hər kəsin gözü önündədir. İnkişaf etmiş ölkələrdə xaos, insan itkiləri vahimə yaradır. Ölkəmizdə isə Sizin sayənizdə sakitlik, həmrəylik, əmin-amanlıq, bolluq müşahidə olunur. Bütün bunlara səbəb Sizin daim ölkə vətəndaşlarını düşünməyiniz, vaxtında qətiyyətli təbirlər görməyinizdir.

Cənab Prezident, var olun ki, həm kəndlinin, həm də sahibkarın, bir sözlə, hər bir vətəndaşın yanındasınız. Allah Sizi xəta-bəladan uzaq eləsin. Biz hər zaman Sizinləyik."

Gəncə şəhər sakini Hüseynov Vüsal Tahir oğlu prezident İlham Əliyevə yazdığı məktubdan qeydlər:

"Möhtərəm cənab Prezident.

Bütün dünyam lərzəyə salan koronovirus pandemiyasi təəssüf ki, Vətənimiz Azərbaycandanda yan ötmədi. Lakin, Sizin uzaqgörənliyiniz, bu ümumbəşəri bəlaya qarşı vaxtında verdiyiniz göstəriş və Sərəncamlar başqa ölkələrlə müqayisədə Azərbaycana az təsir göstərməkdədir. Siz daim Azərbaycan xalqının yanında olduğunuzu bir daha sübut etdiniz.

Əziz Prezidentimiz, Sizin dediyiniz kimi, "Biz birlikdə güclüyük!". Biz də deyirik ki, biz Prezidentimiz, Ali Baş Komandanımız İlham Əliyevlə daha güclüyük. Ölkəmizdə yaratdığınız əmin-amanlığa və biz vətəndaşlara göstərdiyiniz qayğıya görə Sizə dərin minnətdarlığımızı bildiririk. Biz daim Sizinləyik.

Cənab Prezident, Allah Sizə uzun ömür versin, Sizin kölgənizi Azərbaycan dövlətinin, Azərbaycan xalqının üzərindən əskik etməsin."

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31