"Məhz Sizin yorulmaz fəaliyyətiniz xalqımızı bu bəladan qoruyacaq" – Vətəndaşlar ölkə rəhbərinə təşəkkür edir

Azərbaycan Prezidenti  İlham  Əliyevin ünvanına  vətəndaşlardan  məktublar gəlməkdə  davam  edir. Prezidentin saytı onlardan  bir  neçəsini  təqdim  edir.

Sumqayıt şəhərində məskunlaşan Laçın rayonundan olan məcburi köçkün Eyvazov Murad Eyvaz oğlu prezident İlham Əliyevə ünvanlandığı məktubda yazır: Möhtərəm cənab Prezident.

"Qarabağ qaziləri hər zaman Sizin diqqət və qayğınızla əhatə olunublar. Bütün dünyanın üzləşdiyi pandemiya dövründə Siz biz əlilləri, veteranları da unutmur və biz hər zaman qayğınızı hiss edirik.

Möhtərəm Prezident, bizə göstərdiyiniz diqqət və qayğıya görə Laçın rayonundan olan Qarabağ qaziləri adından Sizə minnətdarlığımızı bildirirəm. Biz keçmiş döyüşçülər hər zaman Sizin əmrinizə müntəzirik."

Gəncə şəhərində məskunlaşan təqaüdçü Nəbiyev Fazil Səfər oğlu cənab prezidentə ünvanlandığı məktubda yazır: Möhtərəm cənab Prezident.

"Mən və ailəm Sizi daim dəstəkləmişik və bundan sonra da dəstəkləyəcəyik. Xalqımızın rifahının yaxşılaşdırılması üçün səylə çalışmağınız və yürütdüyünüz ardıcıl siyasət bizi fərəhləndirir.

Hazırda koronavirus pandemiyası dünyaya və insanlığa meydan oxuyur. İnanırıq ki, məhz Sizin yorulmaz fəaliyyətiniz xalqımızı bu bəladan qoruyacaq və dövlətimiz qısa zamanda bu ağır sınaqdan üzüağ çıxacaqdır.

Siz hər bir vətəndaşın sağlam qalması, ölkəmizin bu vəziyyətdən minimal itki ilə xilas olması üçün bütün imkanları səfərbər edirsiniz. İnanıram ki, tezliklə bu qara buludlar başımızın üstündən çəkiləcək və dövlətimiz Sizin müdrik rəhbərliyinizlə tutduğu inkişafyolunu davam etdirəcəkdir.

Cənab Prezident, Sizin daim yanınızda olmağınızdan qürur və şərəf duyuruq. Tanrı Sizi, dövlətimizi və xalqımızı qorusun."

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31