"Biz şəhid anaları sizə inanırıq və sizin rəhbərliyinizlə bu çətin günlərdən alnıaçıq, üzüağ çıxacağıq" –Ölkə rəhbərinə YAZIRLAR
17 Aprel 2020 13:19 Siyasət" Azərbaycan Prezidenti İlham Əliyevin ölkə əhalisinin sağlamlığını düşünərək karonavirusla bağlı rəsmi qurumlara verdiyi tapşırıqlar ictimaiyyət tərəfindən rəğbətlə qarşılanır. Məhz bu səbəbdən son günlər ölkə prezidentinin sosial media hesablarına ölkənin müxtəlif ərzailərində yaşayan vətəndaşlar tərəfindən saysız məktublar daxil olur. Prezidentin saytı bildirir ki, Bakı şəhərində yaşayan şəhid anası Novruzova Lətifə Qaraş qızı ölkə başçısına ünvanlandığı məktubda yazır: "Çox hörmətli Prezidentimiz cənab İlham Əliyev. Hazırda Yer kürəsinin 200-dən çox ölkəsinə yayılan COVID-19 pandemiyası ölkəmizdən də yan keçmədi. Lakin Sizin uzaqgörən siyasətinizin, hadisələri günün 24 saatı ərzində nəzarətdə saxlamağınızın nəticəsidir ki, Ümumdünya SəhiyyəTəşkilatının siyahısında Azərbaycan bu xəstəlikdən ölüm sayına görə sonuncu pillələrdədir.
Bu xəstəliyə düçar olmuş vətəndaşlarımızın Sizin və Birinci vitse-prezident Mehriban xanım Əliyevanın diqqət və qayğısı ilə bütün səhiyyə ocaqlarında yaradılmış şəraitdən, tibb işçilərimizin xidmətlərindən razılığı bir daha onu göstərir ki, Sizin rəhbərliyiniz və düzgün siyasətiniz sayəsində biz tezliklə bu pandemiya dövrünü geridə qoyacağıq. Siz hərzaman vətəndaşların yanında olub onların sevincinədə, kədərinə də şərik çıxırsınız. Biz şəhid anaları sizə inanırıq və sizin rəhbərliyinizlə bu çətin günlərdən alnıaçıq, üzüağ çıxacağıq.
Allah Sizi və xalqımızı bütün bəlalardan qorusun."
Ağdam rayonu Ayaqqərvənd kənd sakinləri Məmmədov Vaqif Zahid oğlu, Anafov Nüsrət Məhəmməd oğlu, Əliyeva Mehriban Mayıl qızı cənab prezidentə ünvanladıqları məktubda yazırlar: Çox hörmətli cənab Prezident.
"Koronavirus pandemiyası bütün dünya ölkələrində olduğu kimi, Azərbaycanda da müəyyən çətinliklər yaradıb. Mövcud şəraitdə ölkəmizin səhiyyəsinin qənaətbəxş səviyyədə olmasına, iqtisadiyyatımızın dayanıqlılıq göstərməsinə görə Sizə minnətdarıq.Vətənimizin belə çətin günlərində düşmənlərimizi sevinməyə qoymursunuz.
Sizin tapşırıq və tövsiyələrinizə qulaq asan insanlarımız "Evdə qal!" çağırışına qoşulublar. Bununla yanaşı, belə bir şəraitdə dövlətimiz tərəfindən bizə göstərilən maddi və mənəvi dəstəyə görə Sizə dərin təşəkkürümüzü bildiririk.
Sizin dövlətimizi və xalqımızı belə çətin vəziyyətdən üzüağ çıxaracağınıza inanırıq. Uca Allah köməyiniz olsun."