Deputat köməkçilərin işə götürülməsini təklif etdi
Deputat köməkçilərin işə götürülməsini təklif etdi
17 Aprel 2020 13:14 SiyasətParlamentin bu gün keçirilən iclasında millət vəkili Sabir Rüstəmxanlı artıq deputat köməkçilərinin işə götürülməli olduğunu bildirib: "Rayondakı köməkçimə bir söz deyə bilmirəm. Çünki rəsmi olaraq işdə deyil. Biz artıq camaatla işimizi necə qurmalı olduğumuzu müəyyənləşdirməliyik. Bizə seçicilərimizlə görüşmək imkanı da yaradılmalıdır. Deputatların rayonlara getməsi üçün rəsmi icazə olmalıdır". "Olaylar" xəbər verir ki, məsələyə aydınlıq gətirən spiker Sahibə Qafarova bildirib ki, hələ bir çox deputatların sənədləri hazır deyil: "Çox təəssüf ki, bəzi deputatların köməkçiləri Bakı qeydiyyatında olsa da, guya hansısa rayonda deputat köməkçisi kimi fəaliyyət göstərmək istəyir. Yəni bir çox sənədlər qaydasında deyil. Yəni yeganə problem sənədlərin qaydasında olmamasıdır. Biz fərdi olaraq heç bir deputatın köməkçisini qeydiyyata ala bilmərik. Deputatlar da məsələnin həllində iştirak etsinlər".