Fazil Mustafa: “Müstəqil dövlətimizin süqutunun 100 illiyinə münasibət bildirməliyik”

Fazil Mustafa: “Müstəqil dövlətimizin süqutunun 100 illiyinə münasibət bildirməliyik”

"Dünyanın heç bir ölkəsində bələdiyyə parlamentə hesabat vermir". "Olaylar" xəbər verir ki, bunu parlamentin iclasında deyən millət vəkili Fazil Mustafa qeyd edib ki, artıq bundan tədricən imtina etməliyik: "Çox istərdim ki, Milli Məclis nəhayət öz funksional fəaliyyət çərçivəsinə qayıtsın: "Çünki bu iki qurum ayrı-ayrı strukturdur. Konstitusiyanın 146-cı maddəsində göstərilir ki, ehtiyac olsa, bələdiyyə parlamentlə hesabat verir. Ancaq Naxçıvan Konstitusiyasında bu maddə yoxdur. Bu, absurd bir şeydir. Ədliyyə Nazirliyinin Bələdiyyələrlə İş Mərkəzi və İnsan Alverinə Qarşı Mübarizə İdarəsi bizə hesabat verir. Bələdiyyələrin parlamentə hesabat verməsi düzgün deyil. Bu, seçkili orqandır".

F. Mustafa təklif edib ki, 27 və ya 28 apreldə Milli Məclisin növbəti iclası keçirilsin: "Müstəqil dövlətimizin süqutunun 100 illiyinə münasibət bildirməliyik. Heydər Əliyev də bəyan edib ki, biz işğal nəticəsində müstəqilliyimizi itirmişik".

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31