Millət vəkili qeyri-konstruktiv müxalifi pozucu fəaliyyətlərindən əl çəkməyə çağırıb

Mİllət vəkili, İnsan Hüquqları komitəsinin sədr müavini Tahir Kərimli qeyri-konstruktiv müxalif qüvvələri pozucu fəaliyyətlərindən əl çəkməyə çağırıb. "Olaylar"ın məlumatına görə, millət vəkili parlamentin iclasında  qeyd edib ki, koronsvirus pandemiyasına qarşı mübarizədə hamı əlindən gələni etməlidir: " Koronavirus pandemiyası hələ bitməyib və davam edir. İki mühüm nəticə çıxarmışam. Bunlardan birincisi koronavirusa qarşı mübarizədə dövlətin səyləridir. Ölkəmizdə koronavirusun sürətlə yayılmasının qarşısı məhz ölkə başçısının vaxtında verdiyi qərarlarla alına bildi. ÜST də bu gün Azərbaycanın gördüyü işləri təqdir edir. Artıq ölkə başçısı sahibkarlara, insanlara müraciət edir ki, yardımlaşın, köməkləşin. Əsrin əvvəlində Hacı Zeynalabdin Tağıyev kimi xeyriyyəçilərimiz olub. Bu gün həmin xeyriyyəçilik işlərini dövlətimiz, ölkə başçısı, I Vitse-prezident, Heydər Əliyev Fondu aparır. Hər yerdə artıq ölkə başçısına və I Vitse-prezidentə qarşı yaxşı münasibət hiss olunmaqdadır. Bələdiyyələr də bu gün bu tədbirlərdə aktiv iştirak etməlidir".

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31