Azay Quliyev: “Bakı bələdiyyələrinin sərhədlərinin dəqiqləşməsinə ehtiyac var”

Azay Quliyev: “Bakı bələdiyyələrinin sərhədlərinin dəqiqləşməsinə ehtiyac var”

"Gələcəkdə bələdiyyə sədrinin də xalq tərəfindən seçilməsi məsələsinə baxmalıyıq". "Olaylar" xəbər verir ki, bunu parlamentin iclasında deyən millət vəkili Azay Quliyevin sözlərinə görə,  Bakı bələdiyyələrinin mülkiyyətində olan torpaqların sərhədlərinin dəqiqləşməsinə də ehtiyac var: "Bələdiyyələrin borclarının yığılıb qalması məsələsi də ciddi problemdir. Ümumilikdə hesabatda nə qədər bələdiyyənin hansı borcları olması qeyd olunması yaxşı olardı. Eyni zamanda aktları ləğv edilmiş bələdiyyələrin də konkret adları hesabata salınsa, yaxşı olardı. Həmçinin bu bələdiyyələrlə bağlı görülən hüquqi tədbirlər də hesabatda göstərilməlidir. Yeni seçilən bələdiyyə üzvləri vətəndaşların inam və etibarını qazanmağı bacarmalıdır ki, insanlar vergiləri ödəsinlər. Ümumiyyətlə, bələdiyyələrin hesabatları həm elektronlaşmalı, həm də kifayət qədər əlçatan olmalıdır. Bundan başqa, bələdiyyələrin müstəqil gəlir əldə etmək qaynaqları yaradılmalıdır. Bu da bələdiyyələrin sosial problemlərinin həllində mühüm rol oynayacaq".

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31