Milli Məclisdən koronovirusa qarşı mübarizə tədbiri - iclaslarının müddəti qısaldıldı
Milli Məclisdən koronovirusa qarşı mübarizə tədbiri - iclaslarının müddəti qısaldıldı
17 Aprel 2020 12:27 SiyasətMilli Məclisin plenar iclaslarının karantin dövründə 2 saat keçirilməsi təklif edilib. "Olaylar" xəbər verir ki, bu təkliflə Milli Məclisin Əmək və sosial siyasət komitəsinin sədri Musa Quliyev çıxış edib. Komitə sədri bildirib ki, karantin dövründə parlamentin iclaslarında çıxışlar 5 dəqiqə müddətində olmaqla, iclaslar 2 saat müddətində keçirilsin: "Əgər iclasda məsələlərin müzakirəsi 2 saatdan çox olarsa, fasilə edilsin və iclas zalı ventilyasiya olunsun". Daha sonra təklif səsverməyə çıxarılaraq qəbul edilib.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31