Komitə sədri: “Bələdiyyə seçkiləri ilə bağlı məsələ Seçki Məcəlləsindən çıxarılmalıdır”

"Bələdiyyə seçkiləri haqqında" ayrıca qanun layihəsinin qəbul edilməsini vacib sayıb. Hesab edirəm ki, bələdiyyə seçkiləri ilə bağlı məsələ Seçki Məcəlləsindən çıxarılmalıdır". "Olaylar"ın məlumatəna görə, bunu Milli Məclisin Regional məsələlər komitəsinin sədri Siyavuş Novruzov deyib. Onun sözlərinə görə, ötən il Azərbaycanda şəffaf bələdiyyə seçkiləri keçirilib: "Bildiyiniz kimi, Azərbaycanda 125 seçki dairəsi var. Amma həmin dairələrdən 118-də bələdiyyə seçkiləri keçirilir. 20 ildən artıqdır ki, Azərbaycanın işğal olunmuş ərazilərində bələdiyyə seçkiləri keçirilmir. Bir milyondan çox insan özünün seçki hüququndan istifadə edə bilmir".

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31