" Siz bizi bir olmağa çağırdınız, xalq da Sizinlə həmrəylik nümayiş etdirdi"- İLHAM ƏLİYEVƏ YAZIRLAR
16 Aprel 2020 20:55 SiyasətAzərbaycan Prezidenti İlham Əliyevin ünvanına vətəndaşlardan məktublar gəlməkdə davam edir.
Şirvan şəhər sakini Mustafayeva Taclı Əbdüləhəd qızınin məktubunda deyilir:"Cənab Prezidentimiz.
Sizi şəxsən öz adımdan, ailəmin adından və 6 yaşlı oğlum Bəyazidin adından salamlayıram. Sizin xalqımız üçün gördüyünüz işləri alqışlayırıq.
Koronavirusla mübarizə apardığımız bu ağır dönəmdə Siz xalqın yanında olur, onun hər bir probleminə həssaslıqla yanaşır və onu həll edirsiniz. Siz dünya dövlətlərinin başçılarının etdiklərinin daha mükəmməlini reallaşdırırsınız.
Cənab Prezidentim, mən bir vətəndaş olaraq Sizin gördüyünüz bütün işləri dəstəkləyir və buna görə Sizə minnətdarlığımı bildirirəm. Mən və oğlum Sizi görmək ümidi ilə Şirvan şəhərinizə səfər edəcəyiniz günü səbirsizliklə gözləyirik. Sizi çox sevirik. Tutduğunuz yolda Sizə daim uğurlar arzulayıram. Uca Rəbbim hər bir işinizdə Sizə yardımçı olsun."
Ağdam rayonu, Xındırıstan kənd sakinləri Baxşəliyev Nurlan Cavanşir oğlu, Qasımov Məzahir Tahir oğlu, Hümbətov Aqil Məsi oğlu yazırlar: "Hörmətli cənab Prezident.
Sizin rəhbərliyimizlə görülən işlər deməyə əsas verir ki, biz bu koronavirus bəlasını da dəf edəcək, bu mübarizədə qalib gələcəyik. Siz bizi bir olmağa çağırdınız, xalq da Sizinlə həmrəylik nümayiş etdirdi.
Pandemiyanın qarşısının alınması istiqamətində görülən işlərə, həmçinin bizə "Evdə qal" şəraitində yaşadığımız halda yardım göstərdiyinizə görə Sizə təşəkkür edirik. Sizinlə fəxr edirik, cənab Prezident!"
"Hörmətli cənab Prezident.
Dünyanı bürüyən koronavirus pandemiyası böyük bəladır, artıq 100 mindən çox insanın həyatına son qoyub. Dünyanın bütün ölkələrində koronavirusla bağlı problemlər yaşansa da, Azərbaycanda qabaqlayıcı tədbirlər və düşünülmüş siyasət nəticəsində vəziyyət nəzarət altında saxlanılır. İnşallah, Allahın köməyi, Sizin gərgin əməyiniz sayəsində ölkəmiz bu bəladan minimum itkilərlə çıxacaq.
Azərbaycan xalqı üçün gördüyünüz bütün işlər alqışlanır, yüksək qiymətləndirilir. Bu şərəfli və məsuliyyətli vəzifənizdə Sizə və Mehriban xanıma uğurlar arzulayırıq.Bu məktub isə Neftçala rayonu, Xolqaraqaşlı kənd sakinləri Məcidov İlham Həsən oğlu, Quliyev Eyvaz Nəcəf oğlu tərəfindən imzalanıb.
"Hörmətli cənab Prezident.
Koronavirus pandemiyasının ölkəmizdə geniş yayılmasının qarşısının alınması məqsədilə atılmış addımlar bizi sevindirir. Sizin "Biz birlikdə güclüyük!" çağırışınız bu gün xalqımızın devizinə çevrilib. Biz gənclər olaraq, Sizin rəhbərliyinizlə görülən bütün tədbirlər sayəsində çox yaxın gələcəkdə ölkəmizdə pandemiyanın sona çatacağına qəti əminik. Allahdan bu bəlanın tezliklə Azərbaycanın və bütün dünyanın üzərindən çəkilməsini diləyirik." -Bərdə rayon sakini Vahidi Yusif Fərhad oğlu belə yazıb.