“Biz birlikdə güclüyük” deməklə xalqımızı bir yumruq halında birləşdirə bildiniz"-İLHAM ƏLİYEVƏ YAZIRLAR
16 Aprel 2020 20:21 SiyasətDünyanı ağuşuna almış koronavirus pandemiyasının Azərbaycanda geniş yayılmasının qarşısının alınması istiqamətində Prezident İlham Əliyevin atdığı mühüm addımlar, insanların sağlamlığının qorunması ilə bağlı verdiyi qərarlar vətəndaşlar tərəfindən dövlətimizin başçısının xalqa diqqət və qayğısının əyani göstəricisi kimi qiymətləndirilir. Azərbaycan vətəndaşları məhz Prezident İlham Əliyevin gördüyü mühüm işlər nəticəsində xalqımızın bu bəladan minimum zərərlə xilas olacağına əminliklərini bildirir, göstərdiyi diqqət və qayğıya görə ona minnətdarlıq edirlər.
Prezidentin saytı minnətdarlıq məktublarının daha bir neçəsini təqdim edir.
Ağdam rayonu Əfətli kənd sakini Şəmsəddin Əhmədov: "Möhtərəm Prezidentimiz.
Son bir neçə aydır ki, dünyanı bürüyən koronovirus pandemiyasına qarşı Sizin tərəfinizdən ölkəmizdə həyata keçirilən qətiyyətli tədbirlər biz, cəbhə kəndində mənfur düşmənlə üz-üzə yaşayan vətəndaşlarınızı ürəkdən sevindirir. Biz bu ağır günlərdə bir daha əmin olduq ki, Prezidentimiz çox hörmətli İlham Əliyev cənabları hər zaman öz xalqının yanındadır.
Möhtərəm Prezidentimiz, bu çətin günlərdə xalqımızı dəstək olduğunuz üçün Ağdam gəncləri adından Sizə minnətdarlığımızı bildiririk."
İsmayıllı rayon Məktəb-liseyin direktoru Əhmədağa Ələkbərov,Sevda Qasımova,Mətanət Abbasova,Humay Talıbova,Brilyand Mursalova,Çingiz Muradlı və başqaları yazırlar:" Hörmətli cənab Prezident.
Bu gün bütün dünyanın bir nömrəli bəlasına çevrilmiş COVİD-19-yeni növ koronovirus pandemiyası bizim ölkədən də yan keçmədi. Əminliklə deyə bilərik ki, Sizin uzaqgörən və düşünülmüş siyasətiniz bütün azərbaycanlıların dərin rəğbətini qazanmışdır. Qeyd etdiyiniz kimi, əgər vaxtında doğru və qətiyyətli addımlar atılmasaydı, əgər çox ciddi koordinasiya aparılmasaydı, bu gün Azərbaycanımız daha böyük problemlərlə üzləşə bilərdi. Necə ki, dünyanın güclü dövlətləri hesab edilən ölkələr bu gün bu pandemiya qarşısında acizliklərini etiraf etmək məcburiyyətində qalıblar. Bir rəhbər olaraq, Azərbaycana, xalqımıza, ən kiçiyindən ən yaşlısına qədər bəslədiyiniz səmimiyyət və sevgi hissləri açıq-aydın duyulur. "Biz birlikdə güclüyük" deməklə xalqımızı bir yumruq halında birləşdirə bildiniz. Elə onun nəticəsidir ki, bu gün xalqımız həm özünü, həm də dövlətini düşünərək bir-birinə dəstək olur, tezliklə bu ümumbəşəri bəladan üzüağ, alnıaçıq çıxmaq yolunda səfərbər olub. Biz, İsmayıllı şəhər E.Məmmədov adına 3 nömrəli məktəb-liseyin pedaqoji kollektivi hər zaman olduğu kimi, Sizin bu sahədə də siyasətinizi dəstəkləyir və qürurla qeyd edirik ki, hər zaman Sizin yanınızdayıq. Azərbaycanımıza, xalqımıza verdiyiniz dəyərə, göstərdiyiniz qayğı və diqqətə görə Sizə səmimi qəlbdən təşəkkür edirik."
Masallı rayonu,N.Bağışov adına Xanalion kənd məktəbinin direktoru Bağırzadə Mirəsgər Mirqasım oğlu yazır: "Hörmətli cənab Prezident. Bildiyimiz kimi, koronavirus bəlası tibbin ən inkişaf etmiş ölkələrində belə can almaqda davam edir. Ölkəmizdə isə vəziyyətin Sizin nəzarətinizdə olması virusun sürətlə yayılmasının qarşısını almağa kömək edib.
Respublikamızda vaxtında elan olunmuş karantin rejimi, dezinfeksiya işlərinin aparılması və digər təxirəsalınmaz tədbirlərin görülməsi bir daha onu göstərir ki, Siz həmişə xalqımızı düşünürsünüz. Sizin göstərişinizlə ölkədə tibbi maska çatışmazlığının da qarşısı alındı. Sumqayıt Kimya Sənaye Parkında tibbi maska istehsalı müəssisəsinin açılışı oldu və Siz açılışda şəxsən iştirak etdiniz.
Cənab Prezident, görülən işlərə görə Masallı rayonunun təhsil işçiləri, bütün müəllim və şagird kollektivləri adından Sizə təşəkkür edir, minnətdarlığımı bildirirəm."