“Azərbaycanın iqtisadi gücü pandemiya ilə mübarizədə böyük imkanlar yaradır” - Şərh

"2020-ci il yeni islahatlar ili kimi tarixi imza atacaqdır. Ötən günü aparılan müşavirə bir növ həyata keçirilən müşavirə ənənəvi olaraqdan ilin birinci rübünə həsr edilmiş hesabat iclası kimi qeyd edilmişdir. Bu ildə 2019-dakı kimi bir sıra yeni islahatların həyata keçiriləcəyi planlaşdırılırdı. Əslinə qalarsa islahatların ciddi şəkildə həyata keçirilməsi ölkə prezidenti İlham Əliyevin 2018-ci il prezident seçkilərindən sonra andiçmə anından başlayaraq həyata keçirilməkdədir.  Bu il xüsusilə qeyri neft sektorlarının inkişafı ön planda idi. Lakin dünyada hökm sürən qlobal əhəmiyyət kəsb edən pandemiya qarşıya qoyulan bəzi məsələrin həllini dəyişmişdir. Müşavirənin ilk məsələsi pandemiyanın ölkəmizdəki şəraiti qiymətlənidirilmişdir. Aparılan monitorinqə, üzə çıxarılan nəticələrə əsasən demək olarki, pandemiya insanlara yoluxması, xəstəliyin gətirdiyi fəsadlar yüksək göstəricilərə sahib deyildir".

Bu fikirləri Olaylar.az-a siyasi ekspert Əli Miriyev deyib.

O bildirib ki, pandemiyanın ən çox təsir etdiyi sahə iqtisadiyyat sahəsidir ki, ölkəmizin iqtisadi gücü pandemiya ilə mübarizədə böyük imkanlar yaradır: "Diqqər edək ki, ümumi daxili məhsul 3 faizə yaxın artmışdır, qeyri-neft sektorunda təxminən 7 faizə yaxın artım olmuşdur. Ancaq əgər üç ayı götürsək ümumi daxili məhsul 1,1 faiz artıb. İqtisadi təhlükələrdən biri inflyasiya problemidir ki, məhz, ilin başlanğıcında 2.8 faiz göstəriciyə sahib olsada hal-hazırda 3 faiz göstəricisindədir ki, ölkənin gəlirlərinə baxsaq böyük problem əks etmir.

İqtisadiyyata təsir edəcək olan səhələrdən biri olan xarici ticarətə nəzər yetirsək, ümumilikdə, qeyri-neft ixracımız rüb ərzində bir faiz azalmışdır. Müsbət trend ondan ibarətdir ki, kənd təsərrüfatı məhsulları və ərzaq ixracı ötən ilin birinci rübü ilə müqayisədə 4 faiz artmışdır. Qızıl ixracı 17 faiz və kimya sənayesi məhsulları 14 faiz artmışdır. Eyni dövrdə kənd təsərrüfatı məhsullarının və ərzağın idxalı 5 faiz azalmışdır. Müsbət haldır ki, ərzaq məhsullarında daxili istehlakımızla, o cümlədən idxalla ixrac arasında fərq xeyli azalmışdır".

Onun sözlərinə görə, qeyri-neft sektorunda isə 3 faizdən bir qədər çox artıb. Və ümumi olaraq qeyri-neft sektorunda artım 23 faiz təşkil edir: "Qeyri-neft sektorundan danışarkən kənd təsərrüfatını qeyd etmək istəyərdim. Respublika üzrə 2020-ci il üçün 1 milyon hektardan çox sahədə taxıl əkini aparılıb. Əkin sahələrinin 641 min hektarını buğda, 369 min hektarını arpa əkinləri təşkil edir. Hazırda əkin sahələrində intensiv aqrotexniki tədbirlər aparılır, vegetasiya suvarmaları həyata keçirilir. Bu il respublikanın 21 rayonu üzrə 100 min hektar sahədə pambıq əkini proqnozlaşdırılır. Yaxın günlərdə əkin sahələrində intensiv səpinə başlanılacaq. Artıq 19 mindən çox istehsalçı ilə müqavilələr bağlanılıb, əkin sahələrinin toxum, gübrə, pestisidlə təminatı ilə bağlı tədbirlər görülüb". 

Ekspert, "Müşavirədə müzakirə aparılan məsələlərdən biri sosial problemlərdir ki, ölkə başçısı bu məsələlərdən heç birinin tətbiqinin ixtisara salınmayacağı haqqında qəti göstəriş verdi. Bəli həm təqaüdlər, həm pensiyalar ödənilək, həm də şəhid ailələrinə ayrılmış evlər onlara təhvil veriləcəkdir", - deyə qeyd edib.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31