“Sosial müdafiənin gücləndirilməsi dövlət siyasətinin əsas istiqamətlərindən biridir”- Şərh
15 Aprel 2020 14:14 SiyasətArtıq müəyyən müddətdir ki ölkəmizdə tətbiq edilən karantin rejimi insanların sosial və maliyyə baxımından bir sıra problem yaşamasına gətirib çıxarır. İnsanların evdə qalması bir tərəfdən onların iş fəaliyyətindən uzaq olmasına gətirib çıxarırsa, digər tərəfdən onların sağlamlığını özündə dəlalət edir. Buna baxmayaraq, insanların sosial ehtiyaclarının, maliyyə problemləri ödənildiyi halda karantin rejimində həyat fəaliyyəti normal vəziyyətdə uyğunlaşa bilər.
Ölkə prezidenti cənab İlham Əliyev bu məsələyə biganə qalmamışdır. Verilən dövlət qərarları və qəbul edilən qanunlarda belə nəzərsə tutulan sahibkarlarla bağlı məsələlər qaldırılmışdır. Ölkə prezidentinin vətəndaşların, sahibkarların, muzdlu işçilərin həyat fəaliyyətinin normallaşması təqdirirində tədbirlərin görülməsi haqqında verdiyi qərar daim xalqının yanında olmasını özündə əks etdirir. Doğrudur ölkədə işsizlik səviyyəsi elədə yüksək olmasa da, maliyyə məsələləri daha çox işsiz vətəndaşlara aid edilmişdir. İşsiz vətəndaşlarımıza adambaşına düşən ən aşağı əməkhaqqı 190 manat ümümi ödəniş təyin edilmiş və təmin edilməkdədir".
Bu fikirləri Olaylar.az-a siyasi ekspert Əli Miriyev deyib.
O bildirib ki, ötən gün hətta qeyri neft sektoru olan kənd təsərüffatına xas sərəncam da imzalanmışdır: "Sərəncamda koronavirus pandemiyası şəraitində və sonrakı dövrdə kənd təsərrüfatı məhsulları istehsalçılarının maliyyə vəsaitinə ehtiyacının qarşılanması məqsədilə aqrar sektorda təminatsız mikrokreditlərin verilməsi üçün Azərbaycan Respublikasının 2020-ci il dövlət büdcəsində nəzərdə tutulmuş Azərbaycan Respublikası Prezidentinin ehtiyat fondundan Azərbaycan Respublikasının Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Kredit və İnkişaf Agentliyinə 30,0 (otuz) milyon manat ayrılması yer alır. Sərəncam kənd təsərüffatı sahəsində, önəmli rol oynayan istehsalçılar üçün geniş imkan yaradır. Çünki heç bir xarici satış bazarına çıxmaq imkan olmayan istehsalçının yenidən məhsul istehsalı üçün müavinətə ehtiyacı vardır. Bu sərəncam vasitəsilə pandemiya dövründə və ondan sonra insanların ərzaq və yemək problemləri olmayacaqdır.
Sahibkarlar yeni qəbul edilən qərarlara rəğmən leqal iqtisadiyyatla məşğul ola bilərlər".
Ekspert qeyd edib ki, sahibkarlar azad şəkildə dövlətdə kredit götürə və səmərəli şəkildə istifadə edə bilər: "Sonrakı məsələlərdən biri də bank sahələridir. Bank sahələrinin sahibkarlarla vəhdət şəklində fəaliyyəti, makrokreditlərin ayrılması diqqət mərkəzindədir.
Pandemiya dünyanın hər bir ölkəsinə ciddi şəkildə təsir etməkdədir. Ən çox təsir etdiyi əsas sahələrdən biri iqtisadi sahədir. Pandemiya sübut etdiki, iqtisadi vəziyyətin güclü olması istənilən zaman tələb olunan meyarlardandır. Buna görədə iqtisadi artımların həyata keçirilməsi, stabil iqtisadi göstəricilərin mümkünlüyü üçün lokanik qaydalar tətbiq edilir, qanunlar qəbul edilir".