Türkiyə səfirliyindən "ermənilərə yardım" iddialarına cavab: "Türkiyə Ermənistana hər hansı bir yardım etməyib"
13 Aprel 2020 14:56 SiyasətSon günlər Türkiyənin Ermənistana humanitar yardım etməsi ilə mətbuatda saxta məlumatlar dolaşır.
Türkiyənin Azərbaycandakı səfirliyinin mətbuat müşaviri Hüseyn Altınalan Olaylara bildirib ki Türkiyənin Ermənistana hər hansıyardım etməsi müzakirə mövzusu deyil:
"Türkiyə rəsmiləri ölkədə yaşayan təxminən 70 nəfər Ermənistan vətəndaşının Gürcüstan üzərindən ölkələrinə dönmələrinə şərait yaradıb. Bundan başqa hər hansı yardım müzakirə mövzusu deyil", - deyə səfirliyinin müşaviri bildirib.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31