Əkrəm İmamoğludan ermənilərə bayram təbriki

Qardaş Türkiyənin koronavirusa qarşı mübarizə məqsədilə Ermənistana tibbi yardım göndərməsindən sonra İstanbul Böyükşəhir Bələdiyyəsinin sədri Əkrəm İmamoğludan da erməni sevgisi sərgilənib. "OLAYLAR" xəbər verir ki, Əkrəm İmamoğlu ermənilərə təbrik mesajı göndərib.

Özünün tvitter hesabından Türkiyədə yaşayan erməniləri Pasxa günü münasibətilə təbrik edən bələdiyyə sədri ermənilərə xitabən qeyd edib ki, əsl bayramı el birliyi ilə bu çətin günləri dəf etdikdən sonra birlikdə qeyd ediləcək: "Erməni vətəndaşlarımızın Pasxa bayramını səmimi qəlbdən təbrik edirəm".

Əkrəm İmamoğlu hətta bayram təbrikini ermənicə də yazıb.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31