Azərbaycan Türk Şurasının gücünün və nüfuzunun artmasında mühüm rol oynayır
11 Aprel 2020 17:10 Siyasət"Bildiyimiz kimi ötən il keçirilən VII zirvə görüşündən Azərbaycan Türk Şurasına sədrlik edir. Ötən gün ölkəmizin və ölkə rəhbəri cənab İlham Əliyevin təşəbbüsü ilə videokonfrans keçirilmişdir. Şura dostluq, qardaşlıq münasibətlərinin əsasında qurulmuşdur. Videokonfransın əsas mövzusu qlobal xarakter daşıyan COVİD19 virusunun ölkələrə təsiri, virusa qarşı mübarizə, virusun aradan qaldırılması üçün həyata keçirilən tədbirlər olmuşdur. Pandemiya xarakteri alan virus artıq dünyanın bütün hər bir yerinə yayılnış və kqtləvi faciələrə səbəb olmuşdur. Pandemiyaya qarşı dünya səhiyyəsi hələdə aciz vəziyyətdədir. Konfransda Ümumi Səhiyyə Təşkilatının rəhbəri də iştirak etmişdir. Həyata keçirilən tədbirləri yüksək qiymətləndirmiş, öz fikirlərini paylaşmışdır. Şurada ölkəmizdə gedən prorseslərdən geniş söhbət açılmışdır".
Bu fikirləri Olaylar.az-a siyasi ekspert Əli Miriyev deyib.
O bildirib ki, virusla mübarizədə böyük əməyi olan həkimlərin əməkhaqqları 2,3 hətta 5 misli qədər artırılmışdır: "Onlar xüsusi gigyena şəraiti mümkün olan tibbi ocaqlarla təmin edilmiş və ediləməkdə davam etdirilir. Ölkədə 3 böyük xəstəxananın tikilməsi nəzərdə tutulur. Virusa qarşı tədbirlər mart ayının 14 dən başlayaraq həyata keçirilir. Və 24 mart tarixindən etibarən ölkədə karantin rejimi hökm sürür. Bu hər biri vətəndaşların sağlamlığı, cəmiyyətin inkişafı üçün nəzərdə tutulmaqdadır".
Ə. Miriyevin sözlərinə görə, Türk Şurası virusla bağlı konfrans vəya xüsusi iclas keçirən yeganə və ilk təşkilatlardan biridir. Bu iclasın keçirilməsi, iclasın vacibliyi türk ölkələrinin bir birinə qarşı olan münasibətlərindən irəli gəlməkdədir. Bu münasibətlər dostluq, qardaşlıq tərənnüm edir. Dünya üzərində hər nə olursa olsun türk gücü daim birləşməkdədir.