Azərbaycan ziyalılarından MİLLİ MƏCLİSƏ MÜRACİƏT-DƏYİŞDİRİLMƏSİNİ TƏLƏB EDİRİK!

AZƏRBAYCAN RESPUBLİKASININ MİLLİ MƏCLİSİNƏ MÜRACİƏT

Milli Məclisin 09.04.2020-ci ildə keçirilən yığıncağında "Azərbaycan Respublikasının orden və medallarının təsis edilməsi haqqında" Qanuna təklif edilən dəyişiklik müzakirəyə çıxarılıb və "Böyük Vətən Müharibəsində Qələbənin 75 illiyi" Yubiley Medalının təsis olunması haqqında qərar qəbul olunub.

Biz - aşağıda imza edən Azərbaycan aydınları bəşəriyyət üçün böyük təhlükə olan faşizmə qarşı həm Sovet Ordusu sıralarında, həm Avropadakı partizan hərəkatında, həm də arxa cəbhədə vuruşan soydaşlarımızın xatirəsinə böyük sayğımızı ifadə edərək Qanuna dəyişikliyin üçüncü oxunuşunda adının "Faşizm üzərində qələbənin 75 illiyi" Yubiley Medalına dəyişdirilməsini təkidlə tələb edirik.

SSRİ-nin, daha sonra özünü SSRİ-nin varisi elan edən Rusiya Federasiyasının Böyük Vətən Müharibəsi adlandırdığı 1941-45-ci il savaşı II Dünya Savaşının bir epizodudur. Azərbaycanın bu savaşda iştirakına gəlincə, 1920-ci il 28 aprel işğalı ilə Azərbaycan Xalq Cümhuriyyətinin əraziləri SSRİ-nin ərazilərinə qatıldığı üçün azərbaycanlılar Sovet qoşunlarının tərkibində II Dünya Savaşının iştirakçısı olublar. Bundan başqa, döyüşlər Azərbaycan ərazisində getməyib, medalın adındakı "Böyük Vətən" SSRİ-də yaşayan xalqların iradəsi ilə 1991-ci ildə tarixə qovuşub və hüquqi cəhətdən bu gün heç bir Azərbaycan vətəndaşı üçün vətən sayılmır.

Sadalanan səbəblərə görə, sovet düşüncə tərzinin məhsulu olan "Böyük Vətən Müharibəsi" ifadəsinin Azərbaycan Respublikasının istisnasız olaraq bütün hüquqi sənədlərində, eləcə də elmi-siyasi leksikonunda "II Dünya Savaşı" ifadəsi ilə əvəzlənməsini məqsədəuyğun saydığımızı bəyan edir, Milli Məclis rəhbərliyini qanun yaradıclığında Azərbaycan Respublikasının suverenliyinə təhdid kimi səslənən bu cür ifadələrə yol verməməyə çağırırıq.

Azərbaycan Respublikasının müstəqillik ideyasına sadiq bütün vətəndaşları müraciəti imzalamağa dəvət edirik.

Novella Cəfəroğlu - D.Əliyeva adına Qadın Hüquqlarını Müdafiə Cəmiyyətinin sədri

Əli Şamil, araşdırmaçı alim

Qulu Məhərrəmli, professor

Qubad İbadoğlu, ADR sədri

Anar Əsədli - politoloq

Dilavər Əzimli, dosent, tarix üzrə fəlsəfə doktoru

Rüstəm Behrudi, şair

Nəsir Əhmədli, professor

Qorxmaz İbrahimli, siyasətçi

Aygün Muradxanlı, jurnalist

Cavid İsmayıl, tarix üzrəfəlsəfə doktoru

Telman Nüsrətoğlu, tarix elmləri doktoru

Zəlimxan Məmmədli, həkim

Nicat Gözəlov, hüquqşunas, Milli Hüquq Evinin rəhbəri

Vasif İsmayıl, həkim

Vasif Qafarlı, dosent, tarix üzrə fəlsəfə doktoru

Nazim Cəfərov, siyasi elmlər üzrə fəlsəfə doktoru

Oqtay Qasımov, politoloq

Şahin Nəcəfov, politoloq

Bərham İsmayılov, tarixçi QASİM İB

Qadir İbrahimli, iqtisadçı

Ləman Ələşrəfqızı, jurnalist

Rasim İsmayılov, jurnalist

Səidə Qocamanlı, İnsan Hüquqları və Qanunçuluğun Bürosunun Sədri

Namizəd Səfərov, hüquqşünas

Hafiz Həsənov, hüquqşünas

Ceyhun Əsədov,

Zaur Qəriboğlu, jurnalist, Reaksiya Tv-nin rəhbəri

Gülnarə Rüstəm

İlqar Hüseynli, Sosial-strateji Tədqiqatlar Analitik Araşdırmalar Birliyinin rəhbəri

Müşfiq Hüseynov, həkim

Etibar Nağıyev, həkim

Mirzəyev Ağaəli

Ruhəngiz Hüseyn, hüquq müdafiəçisi

Hüseyn Qurbanov, ekspert

Ələsgər Süleymanov, iqtisadçı

Xanoğlan Əhmədov, jurnalist

Kamran Mahmudov, Kimya elmləri doktoru

Mehriban Vəzir, yazar

Bəxtiyar Hacıyev,

Samir İsayev, hüquqşünas

İlham Çerpanov, həkim

Elnur Məmmədov,

Nərminə Cəfərova

Bəhruz Əlisoy

Sənəm Əliyeva

Adil Qeybulla, həkim

Aqil Ələsgər, jurnalist

Esmira Qasımova, jurnalist

Əfqan Əsədov, riyaziyyatçı

Azər Rəşidoğlu, politoloq

Mehri Həsənova, psixoloq

Bəhruz Əlisoy

Azər Həsrət, jurnalist

Zaur Əhməd, jurnalist

Nurəddin Xoca, qazi

Həmid Qaralov

Məhəmməd İsrafiloğlu

Rauf Səlimbəyli

Hafiz Əhmədov, jurnalist

Dilqəm Əhməd, araşdırmaçı-yazar

Bahar Xəlilova,

Natiq Cavadlı, jurnalist

Vaqif Hüseyn, hüquqşünas

Esmira Həsənli

Səfər Hümbətov

Rəsmi Nəcati

Alayif Həsənov, hüquqşünas

Ruzbeh Məmməd, şair

Lalə Əliyeva, jurnalist

Afaq Vasifqızı, jurnalist

Əlövsət Talışxanlı

Səadət Xudaverdiyeva

Arzu Rzasoy

Məhərrəm Göyüşoğlu, Qazax Regional İnkişaf Resursları İctimai Birliyinin sədri

Rumiyyə Miraslan, jurnalist

Faiq Məhyəddinoğlu,

İqbal Ağazadə- "Ümid" partiyası-nın sədri

Rüfət Muradlı, "Ümid" Partiyası-nın sədr müavini

Qabil Abbasoğlu, jurnalist

Rafail Becanov, jurnalist

Şirincan Məmmədova

Fazil Əhməd, jurnalist

Arzu Rzasoy

Ziya Quliyev, İnsan hüquqları müdafiəçisi

Şaban Nəsirov, AMDP MNTK-nın sədri

Yasin Qarayev, "Tariximizə Sahib Çıxaq" İB

Rəşad Süleymanov, jurnalist

Anaxanım Abdullayeva

Vaqif Həsənov, dosent, geologiya-mineralogiya elmləri üzrə fəlsəfə doktoru

Rəhim Hümbətov

Şakir Quliyev- Türk Milli Strateji Araşdırmalar Mərkəzinin sədri

Şəhla Yusifova

Azad Qədirzadə, mühəndis

Tərxan Paşazadə, tərcüməçi

Ayəndə Dadaşova, jurnalist

Lalə Nəriman

Arif Rəhimoğlu, filologiya üzrə fəlsəfə doktoru

Teymur Eminbəyli, Bütöv Azərbaycan Təşkilatının rəhbəri, İsveç

İlyas Abdullayev,

Elçin Rüstəmli, jurnalist

Mehriban Sadıqova

Aslan Teymurov, həkim

Elşən Ədalətli, tarixçi

Etibar Qərib

Tahir Məmmədov

Emin Loğmanov

Fərhad Hümbətov

Rüfət Əliyev

Səxavət Məmməd, jurnalist

Xalid Mirzəyev, Qərbi Kaspi Universiteti, TGT-nin sədri

Xaqani Salmanov

Mirsabit Yusifov, həkim

Eldəniz Abbaslı, pedaqogika üzrə fəlsəfə doktoru

Səadət Kərimi

İsmayıl Məmmədov, musiqiçi

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31