Vətəndaşlarımızın dövlət başçısına ünvanladığı minnətdarlıq məktubları radikallara verilən layiqli cavabdır

Qlobal miqyasda ciddi problemə çevrulən və Azərbaycandan da yan keçməyən koronavirusa qarşı mübarizə tədbirləri davam edir.  Virusun yayılmağa başladığı ilk günlərdən həyata keçirilən qabqlayıcı tədbirlər və görülən müvafiq işlərin nəticəsidir ki, hələlik bu öldürücü virus Azərbaycanda digər ölkələr, yaxın və uzaq dövlətlərə nisbətən geniş arealda yayılmayıb. Təbii ki, bütün bunlar da prosesin ilk gündən Azərbaycan Respublikasının Prezidenti Cənab İlham Əliyevin nəzarəti altında olmasından irəli gəlir. Daha dəqiq desək dövlət başçısının müvafiq tapşırıq və tövsiyələri, imzaladığı sənədlər, fərman və sərəncamların uğurlu icrası nəticəsində hələlik koronavirus təhlükəsindən az itki ilə üzləşən ölkələr sırasında yer alırıq.  Təbii ki, bütün bunlar da Azərbaycan cəmiyyəti tərəfindən izlənilir, müşahidə edilir və öz qiymətini alır. Elə son günlərdə respublikanın ayrı-ayrı bölgələri, eləcə də paytaxtdan dövlət başçısının ünvanına göndərilən minnətdarlıq məktubları da belə deməyə əsas verir.  Sadə vətəndaşlar, eləcə də ayrı-ayrı peşə sahibləri tərəfindən dövlət başçısına göndərilən minnətdarlıq məktublarının məzmunu ilə tanış olarkən də bu barədə aydın təsəvvür yaranır.

Ana Vətən Partiyasının sədr müavini Arzuman Abdulkərimov  deyib ki, ölkə vətəndaşları tərəfindən dövlət başçısına göndərilən minnətdarlıq məktubları Cənab Prezidentin rəhbərliyi altında dövlət və hökumət nümayəndələrinin koronavirusa qarşı apardığı uğurlu iş, bu virusun ölkəmizdə daha geniş yayılmaması üçün ortaya qoyulan çaba, fəaliyyətə verilən qiymətdir: "Mən özüm də həmin məktubların əksəriyyəti ilə tanış olmuşam və informasiya agentlikləri, saytlarda dərc edilən həmin məktubları oxumuşam. Dövlət başçısına ünvanlanan məktublardan əldə etdiyim nəticə, gəldiyim qənaət ondan ibarətdir ki, cəmiyyət, ölkə vətəndaşları Azərbaycanda koronavirusa qarşı aparılan işlər, həyata keçirilən tədbirlərdən razıdır və bu tədbirləri, görülən işləri gündəlik həyatında hiss edir. Buna bir neçə misal göstərmək mümkündür. Məsələn, irili-xırdalı tədbirləri bir kənara qoymaqla qeyd edə bilərəm ki, ilk növbədə dövlət başçısı tərəfindən  Koronavirusa Qarşı Mübarizə Fondu yaratdı və bir illik əmək haqqını bütövlükdə fonda köçürdü. Bununla dövlət başçısı Azərbaycan vətəndaşının həyatı, sağlamlığının onun üçün nə dərəcədə önəmli olduğunu təsdiqlədi. Anoloji addım ölkənin birinci vitse-prezidenti Mehriban xanım Əliyeva tərəfindən də atıldı və Mehriban xanım da öz əmək haqqını Koronavirusa Qarşı Mübarizə Fonduna bağışladı. Həm dövlət başçısı, həm də birinci vitse-prezidentin bu addımı bir tərəfdən ölkə vətəndaşlarının sağlamlığına göstərilən diqqət və qayğı idisə, digər tərəfdən bir həmrəylik, birlik, bərabərlik çağırışı, nümunəsi idi. Təsadüfi deyil ki, qısa müddətdə ayrı-ayrı şəxslər, idarə və təşkilatlar tərəfindən sözügedən fönda göstərilən ianələr 100 milyon manatdan  artıq oldu və təbii ki, həmin vəsait də ölkə vətəndaşlarına daha yaxşı tibb xidmətlərinin göstərilməsinə, əhalinin sağlamlığının qorunmasına sərf olunacaq. Bütün bunları da xalq aydın şəkildə görüü və ona görə də dövlət başçısına minnətdarlığını ifadə edir". Arzuman Abdulkərimov deyib ki, koronavirusa qarşı aparılan mübarizə tədbirləri nəticəsində ölkədə 60 minə yaxın test aparılıb ki, bu da kifayət qədər yüksək göstəricidir: "Gün ərzində minlərlə test edilir, daha müasir üsul və vasitələrdən istifadə edilməklə bu virusun Azərbaycanda geniş şəkildə yayılmasına qarşı tədbirlər görülür. Düzdür, təəssüf hissi ilə qeyd edə bilərik ki, bu günə qədər bir neçə vətəndaşımız bu virusun qurbanı olub. Ancaq inkişaf etmiş ölkələr, İrtaliya, İspaniya, Almaniya, Fransa, eləcə də cənub qonşumuz İrana baxdıqda görürük ki, həmin ölkələrdə ölü sayı minlərlədir. Azərbaycanda isə vəziyyətin nisbətən nəzarətdə olması, təbii ki, dövlət başçısı və onun rəhbərlik etdiyi komandanın bu istiqamətdə ciddi çalışması ilə əlaqədardır. Və bir daha qeyd etdiyim kimi ölkə vətəndaşları da bütün bunları görərək Cənab Prezidentə öz minnətdarlıqlarını ifadə edirlər".

Partıya rəsmisi onu da diqqətə çatdırıb ki, dövlət başçısının ortaya qoyduğu fəaliyyət, bu istiqamətdə gördüyü işlərə dəstək olaraq həm paytraxtda, həm də regionlarda xüsusi risk qrupuna aid olan insanlara, yaşı 65-dən artıq olan vətəndaşlarımıza mərkəzi və yerli icra hakimiyyəti orqanları, ayrı-ayrı təşkilatlar, xeyirxah insanlar tərəfindən yardım edilir, onların gündəlik ehtiyacları qarşılanır ki, bu da öz növbəsində xalq, cəmiyyət, ayrı-ayrı insanlar, vətəndaşlar tərəfimizdən yüksək qiymətləndirilir, təqdir olunur: "Cənab Prezidentə ünvanlanan minnətdarlıq məktublarını şərtləndirən digər bir məqam da məhz qeyd etdiyim amillə bağlıdır. Eyni zamanda Nazirlər Kabineti tərəfindən təsdiq edilmiş proqram əsasında koronavirusdan zərər çəkmiş sahələrə, sadə vətəndaşlara ödəmələrin verilməsi ilə bağlı atılan addımlar da vətəndaşlar tərəfindən dövlət başçısına təşəkkür məktublarının ünvanlanmasına səbəb olan amillərdəndir.  Ancaq təəssüflər olsun ki, bəzi antiAzərbaycan qüvvələr, xaosçular, bütün hal və vəziyyətlərdən öz istəklərinə çatmaq üçün istifadə etməyə çalışan radikallar ölkədə koronavirusa qarşı aparılan mübarizə tədbirlərinə də kölgə salmağa, belə bir həssas məqamda da cəmiyyət arasında çaşqınlıq yaratmağa çalışırlar. Absurd şəkildə iddia edirlər ki, giya Azərbaycan hakimiyyəti, dövləti koronavirusa qarşı ciddi tədbirlər görmür. Adamda insaf da yaxşı şeydir. Hesab edirəm ki, ictimaiyyət nümayəndələri, vətəndaşlarımızın dövlət başçımıza göndərdiyi minnətdarlıq məktubları radikallara verilən ən layiqli cavabdır".

Süleyman

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31