Oqtay Əsədovun Milli Məclisdəki İŞİ BU OLACAQ
12 Mart 2020 15:37 SiyasətMilli Məclisin keçmiş sədri Oqtаy Əsədovun üzv olacağı komitə müəyyənləşib.
Olaylar.az bildirir ki, parlamentin sabiq sədri Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsində fəaliyyət göstərəcək.
Məsələ qanunverici orqanın martın 13-də keçiriləcək iclasında müzakirə ediləcək və qərar veriləcək.
Həmin komitənin sədri Ziyаfət Əsgərovdur.
Qeyd edək ki, 1955-ci il təvəllüdlü O.Əsədov 2000-ci ildə Milli Məclisin deputatıdır. O, 2005-2020-ci illərdə parlamentin sədri olub.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31