Mais Səfərli: “Siyasi partiyalarla görüşlər ölkədə çoxpartiyalı sistemin inkişafına təkan verəcək”

Mais Səfərli: “Siyasi partiyalarla görüşlər ölkədə çoxpartiyalı sistemin inkişafına təkan verəcək”

"Hazırda  siyasi partiyalarla keçirilən görüşlər Azərbaycanda çoxpartiyalı sistemin daha da inkişf etdirilməsinə yeni bir töhvədir".  Bunu Olaylar"a deyən Yurddaş Partiyasının sədri Mais Səfərli bildirib ki, ölkədə həyata keçirilən islahatlar nəticəsində Prezident Administrasiyasında yeni bir şöbə yaradılıb. Hazırda Adnistrasiyada siyasi partiyalar və qanunverici hakimiyyətlə birbaşa əlaqə quran, onların problemləri ilə maraqlanan, bu sferada olan aktual problemləri müzakirə edən bir qurum var: " Əslində bu çox müsbət bir haldır. Elə bunun nəticəsidir ki, ölkədə fəaliyyət göstərən siyasi partiyalarla görüşlər keçirilir. Bu görüşlərdə tanışlıqdan başqa ölkədəkə ictimai siyasi durum, Azərbaycanla bağlı baş verən hadisələr ətrafında müzakirələr aparılır. Hesab edirəm ki, belə görüşlər ölkədə çoxpartiyalı sistemin inkişafına təkan verəcək. Mən görüşdə hiss etdim ki, ölkə başçısı Azərbaycanda çoxpartiyalı sistemin daha da inkişf etdirilməsində maraqlıdır. Partiyaların dövlətin və cəmiyyətin idarəçiliyində  rolunun daha da artırılması istəyi var. Düşünürəm ki, belə görüşlər həm də siyasi partiyalar üçün yaradılan şəraitin daha da yaxşılaşdırılması və onların fəaliyyətinin daha da genişlndirilməsi baxımından əhəmiyyətlidir".

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31