İlham Əliyev sərəncam imzaladı
12 Mart 2020 12:06 SiyasətAzərbaycan Respublikası Prezidenti İlham Əliyev Ağdaş və Göyçay rayonlarında yaşayış məntəqələrinin qazlaşdırılması ilə bağlı əlavə tədbirlər haqqında sərəncam imzalayıb.
Olaylar.az sərəncamın mətnini təqdim edir:
1. Ağdaş və Göyçay rayonlarında ərazi vahidlərinin, o cümlədən yeni yaşayış massivlərinin (siyahı əlavə olunur) qazlaşdırılması işlərinin davam etdirilməsi məqsədilə "Azərbaycan Respublikasının 2020-ci il dövlət büdcəsində dövlət əsaslı vəsait qoyuluşu (investisiya xərcləri) üçün nəzərdə tutulan vəsaitin bölgüsü"nün 1.11.1-ci yarımbəndində göstərilmiş məbləğin 11,97 milyon (on bir milyon doqquz yüz yetmiş min) manatı Azərbaycan Respublikasının Dövlət Neft Şirkətinə ayrılsın.
2. Azərbaycan Respublikasının Maliyyə Nazirliyi bu Sərəncamın 1-ci hissəsində göstərilən məbləğdə maliyyələşməni təmin etsin.
3. Azərbaycan Respublikasının Nazirlər Kabineti bu Sərəncamdan irəli gələn məsələləri həll etsin.
Ağdaş və Göyçay rayonlarında 2020-ci ildə qazlaşdırılması nəzərdə tutulan ərazi vahidlərinin siyahısını təqdim edirik:
| Sıra №-si | Ərazi vahidləri |
| Ağdaş rayonu | |
| 1. | Ağcaqovaq kəndi |
| 2. | Aşağı Qobuüstü kəndi |
| 3. | Eymur kəndi |
| 4. | Ərəbşəki kəndi |
| 5. | Hacılar kəndi |
| 6. | Qobuüstü kəndi |
| 7. | Malay kəndi |
| 8. | Mürsəl kəndi |
| 9. | Şıxlı kəndi |
| 10. | Yenikənd kəndi |
| 11. | Yuxarı Nemətabad kəndi |
| Göyçay rayonu | |
| 1. | Yenikənd kəndi |