Təbliğatda yeni mərhələ yaşanır

Razılaşın ki, xarici ölkələrdə məskunlaşmış həmyerlilərimizin vahid bir diaspor təşkilatı kimi fəaliyyət göstərmədiyi faktı cəmiyyətimizdə uzun illərdir latent şəkildə müzakirə olunan mövzulardan biri idi. Tam əksinə olaraq, Azərbaycan haqqında təhrif olunmuş məlumatların xarici ölkələrdə yayımlanması, habelə Avropanın müxtəlif qurumlarında lobbiçilik alətlərindən məharətlə istifadə edərək Ermənistan mövqelərin davamlı möhkəmlənməsi kimi məsələlərdə aparıcı qüvvə sayılan mənfur qonşularımızın diaspora təşkilatlarının rolu və fəallığı uzun onilliklərdir davam edir. Bu mənzərə bilavasitə Qarabağ münaqişəsi ilə bağlı olan siyasi reallığımıza çevrilmişdir. Qeyd olunan amil ölkələrimiz arasında aparılan informasiya müharibəsinin əsas səciyyəvi xüsusiyyətlərdəndir.

Vəziyyəti, yəni informasiya mübarizəsini bizim üçün mürəkkəbləşdirən daha bir obyektiv faktor mövcuddur. Buda dünyada müxtəlif informasiya texnologiyalar vasitəsilə sürətlə tirajlanan islamofobiya tendensiyalarıdır. İslam və terror, islam və zülm, islam və avtoritar quruluş kimi söz birləşmələri avropalıların ictimai şüurlarında çoxdandır ki, həkk olmuşdur. Məhz bunu nəzərə alaraq erməni siyasi texnoloqları tarixən mövcud münaqişəyə,eyni zamanda, xristian-müsəlman mübarizəsi çalarları qatmaq niyyətində olmuşlar. O cümlədən Erməni kilsəsi mövcud münaqişənin tarixən nəinki fəal bəndidir, o hətta ideoloji müharibənin aparıcı qüvvəsi və katalizatoru rolunu oynamışdır.

Belə ki, mövcud real konteksti nəzərə alaraq Azərbaycan ona qarşı aparılan informasiya müharibəsi çərçivəsində təkcə erməni yalanları ilə yox, eyni zamanda, dünyada tüğyan edən və islama qarşı yönəlmiş sosial-siyasi stereotiplərlə də mübarizə aparmaq məcburiyyətindədir.Hesab edirəm ki, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin təşəbbüs və rəhbərliyi iləaparılan beynəlxalq münasibətlər sistemində multikultural dəyərlərin fəal təbliği siyasətinə dəmövcud müstəvidə yanaşmaq lazımdır.

Təkcə bu kiçik kontekst yetər ki, təbliğatın ölkəmiz üçün oynadığı strateji əhəmiyyətini şərtsiz olaraq qəbul edək. Məhz burada mövzunu inkişaf etdirərək dünyanın 30 yaxın ölkəsində fəaliyyət göstərən diaspor təşkilatlarının təşəbbüsü və Almaniya Azərbaycanlıları Alyansının təşkilatçılığı ilə cari ilin 22 fevral tarixində Almaniyanın Berlin şəhərində keçirilmiş Xocalı soyqırımının 28-ci ildönümü ilə əlaqədar Ümumavropa Qarabağ mitinqiniyada salmalıyıq. Əminəm ki, Avropanın siyasi mərkəzlərindən biri olan Berlində keçirilmiş bu mitinq möhtəşəm aksiya olaraq milli diaspora hərəkatının tarixində önəmli yer tutacaqdır.

Bəli, ehtimal etmək olar ki, qeyd olunan mitinq Azərbaycanın xarici təbliğat tarixində mahiyyət və format etibarı ilə yeni mərhələnin başlanmasından xəbər verir. Dolayısilə, deyə bilərik ki, ölkəmizdə başlanmış format etibarı ilə sistemli islahatlar xarici təbliğat mexanizmlərinə də öz təsirini göstərməkdədir. Fəal və miqyaslı təbliğat aksiyalarının təşkili üçün Avropa məmurları tərəfindən yaradılan rəsmi şərait isə öz növbəsində ölkəmizin beynəlxalq mövqelərinin artmasına dəlalət edir.Əminəm ki, yaxın gələcəkdə biz bu cür müsbət tendensiyaların artmasını müşahidə edəcəyik. İllər öncə Azərbaycan diasporununfəaliyyəti haqqındadövlət başçısı tərəfindən səsləndirilmiş "Bizim təbliğatımız hücum xarakter daşımalıdır" fikri, əslində xarici diplomatiyamızın qarşısında strateji vəzifələr müəyyən etmişdir. Bu gün ölkəmizin beynəlxalq nüfuzu ilə bağlı müşahidə etdiyimiz müsbət tendensiyalar məhz həmin siyasət və strategiyanın məntiqi nəticəsidir.

Bilavasitə adıçəkilən aksiya ilə bağlı xüsusi olaraq iki məqama diqqətinizi cəlb etmək istərdim. Belə ki, aksiyaya səbəb kimi məhz Xocalı soyqırımının seçilməsi olduqca uğurlu, peşəkar və mərd texnologiya olaraq qəbul edilməlidir. Belə ki, Xocalı faciəsi erməni siyasətinin əsl siması ifşa olunur vəbeynəlxalq ictimaiyyətəinsanlığa qarşı törədilmiş ən ağır cinayət olduğu nümayiş edilir. Digər sözlərlə bu cür siyasi-tarixi yozum və yanaşmalar vasitəsilə yaşadığımız münaqişə ilə bağlı dünyada Azərbaycanın haqlı mövqeyini dəstəkləyən tərəflərin artmasına iddialı ola bilərik. Xüsusi olaraq nəzərə almalıyıq ki, bu cür yanaşma beynəlxalq ictimai şüurlarda münaqişəyə münasibətin formalaşması prosesində avropalıların dini müstəvidən uzaqlaşmasına da xidmət edə bilər. Bildiyimiz kimi, beynəlxalq informasiya məkanında terror aktları islam ilə əlaqələndirildiyi halda, Xocalı faciəsi tam olaraq əksini sübut edir. Burada soyqırım müsəlman əhalisinə qarşı törədilib. Ən azından buna görə mövcud məsələdə biz müsəlman dünyasının fəal dəstəyinə ümid edə bilərik.

Berlində təşkil olunmuş aksiya ilə bağlı diqqətimi cəlb edən daha bir məqamı da Sizlərlə bölüşmək istərdim. Bir qədər öncə seçkilərlə bağlı sosial şəbəkələrdə izlədiyimiz yüzlərlə videoları xatırlatmaq istərdim. Bu cür videoların sosial şəbəkələrdə çox olmasının əsas səbəblərindən biri də odur ki,onlarla fərqli insanlar tərəfindən şəxsi telefonları vasitəsilə çəkilmiş eyni hadisələridaha sonra öz şəxsi səhifələrində paylaşmışlar. Təbidir ki, sözügedən məsələ kütləvi xarakter almışdır. Bəs nəyə görə bu cür asan və əlçatan informasiya texnologiyalarındanBerlində keçirilmiş aksiyanın təşkili zaman istifadə olunmadı?Əlbəttə sual ritorik xarakter daşıyır, ancaq beynəlxalq təcrübəyə müraciət etsək nəzərə almalıyıq ki, informasiya müharibələrində fasilələr olmur və ölkəni sevən hər bir vətəndaş bu müharibədə fəal mövqe tutmalıdır.

Asif Usubəliyev,

Siyasi elmlər üzrə fəlsəfə doktoru

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31