Prezidentin Hacı Zeynalabdin Tağıyevin abidəsinin hazırlanmasına dair imzaladığı sərəncam.... Musa Qasımlı
12 Mart 2020 08:22 Siyasət"Biz bir toplum olaraq dövlətimiz qüdrətli, millətimiz güclü, xeyirxah insanlarımız çox olanda və türk dünyası birlikdə hərəkət edəndə irəli getmişik." Bu sözləri Milli Məclisin Elm və Təhsil komitəsinin sədr muavini MUSA QASIMLI özünün feysbuk səhifəsində yazıb.. !Bu baxımdan son günlərdə cənab Prezidentimiz İlham Əliyevin atdığı aşağıdakı addımları bir- biri ilə sıx bağlı olan böyük tarixi əhəmiyyətli hadisələr hesab edirəm: Bunlardan birincisi, Mərkəzləşdirilmiş Azərbaycan dövlətçiliyinin rəmzi olan Şah İsmayıl Xətainin heykəlinin yerinin dəyişdirilərək qoyulduğu yeni tikilmış parka gedərək çiçək dəstəsi qoyması, xatirəsini yad etməsidir. İkincisi, 6-cı çağırış Milli Məclisin açılışında etdiyi möhtəşəm nitqində Azərbaycanın və türk dünyasının inkişafına dair fikirləridir.Üçüncüsü, böyük xeyriyyəçi Hacı Zeynalabdin Tağıyevin abidəsinin hazırlanmasına dair imzaladığı sərəncamdır. Dördüncüsü, türk dünyasının bir parçası olan qardaş Türkmənistan ilə bir zamanlar soyuq olan qarşılıqlı münasibətlərin cənab Prezidentimizin səyləri ilə normallaşdırılması və inkişafının davamı kimi Prezident Qurbanqulu Berdiməhəmmədovun ölkəmizə rəsmi səfəridir. Cənab Prezidentimizin bu addımları təkcə bir- biri ilə bağlı deyil, eyni zamanda millət olaraq bizim üçün Strateji Yol Xəritəsidir. Onun da çox qısa mənası belədir: Dövlətimiz daim qüdrətli, millətimiz güclü, xeyirxah insanlarımız çox, türk dünyası birlikdə olmalıdır. Bunlar bizim dirilik və inkişaf formulumuzdur. Ölkəmizdəki televiziya kanallarında bu dörd tarixi hadisənin birlikdə, üzvü əlaqədə təhlil ediləcəyi dərin analitik proqramların hazırlanması ictimaiyyət üçün faydalı olardı..."