Milli Məclisin komitələrinin tərkibləri sabah təsdiqlənəcək

Milli Məclisin (MM) komitələrinin sədr və sədr müavinləri seçilsə də, tərkibləri hələlik tam formalaşdırılmayıb.

Komitələrin tərkiblərinin formalaşdırılması və təqsdiqlənməsi məsələsi parlamentin növbəti plenar iclasına çıxarılacaq.

Məsələyə MM-in bu həftənin 5-cü günü keçiriləcək ikinci iclasında baxılacaq.

Eyni zamanda, saytımıza daxil olan məlumata görə, bununla və parlamentin gündəliyindəki digər məsələlərlə bağlı sabah MM-in yeni sədri, professor Sahibə Qafarovanın yanında komitə sədrlərinin və vitse-spikerlərin iştirakı ilə yığıncaq keçiriləcək.

Yığıncaqda bir daha gündəlikdə məsələlər (o cümlədən, komitələrin tərkibi məsələsi ) ətrafında fikir mübadiləsi aparılacaq və onlar MM-in ikinci plenar iclasına çıxarılaraq, qəbul olunacaqlar.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31