Mübariz Əhmədoğlu: "Kral ailəsi boş qalan büdcəsini neftdən gələn gəlirlə doldurmaq istəyir"
Mübariz Əhmədoğlu: "Kral ailəsi boş qalan büdcəsini neftdən gələn gəlirlə doldurmaq istəyir"
11 Mart 2020 16:39 SiyasətXəbər verdiyimiz kimi martın 9-da dünya birjalarında neftin qiyməti kəskin şəkildə azalaraq, son 30 ilin minimumuna enib. Ekspertlərin fikrincə, bazarda neftin qiymətinin düşməsi müvəqqəti xarakter daşıyır.
Səudiyyə Ərəbistanı hökumətinin aprelin 1-dən etibarən neft hasilatındakı məhdudlaşmanı götürməsi qərarı neft qiymətlərinin kəskin ucuzlaşmasına səbəb olub. Səudiyyə Ərəbistanının apreldən etibarən hasilatı gündəlik 2,5 milyon barel artıraraq 12,3 barelə qaldıracağını elan etməsi neft ölkələri üçün ciddi problem yaradıb.
Hazırda Krallıq və Rusiya arasında hasilat məsələsindəki anlaşmazlığın davam etdiyi bildirilir. Bu qərar eyni zamanda Vaşinqton üçün də ciddi problem yaradıb.
Bununla bağlı Sonxeber.az- danışan politoloq Mübariz Əhmədoğlu Krallıq və Rusiya arasında anlaşmazlığın neft məsələsi üzərindən olmadığını bidirib. O, neft barəsində Səudiyyə Ərəbistanı və Rusiya arasında heç bir oyunun ola bilməyəcəyini də diqqətə çatdırıb. Politoloq açıqlamasında bildirib ki, adətən Amerikanın Rusiyaya qarşı mübarizə apararıb onu çökdürmək istədiyini düşünürük. Amerika koronavirusun Çini zəiflətməyini görüb ürəklənir. O zaman fikirləşir ki, bəlkə neftlə də Rusiyanı çökdürsün. Əslində isə belə deyil:
"Mənə bu versiyanın yaranmasını düşündürən ən birinci səbəb Trampın açıqlaması oldu. Çünki əgər Tramp Rusiyanı çökdürmək istəsəydi, bunu fəxrlə deyərdi. Səudiyyə Ərəbistanı və Rusiya arasında isə neft barəsində heç bir oyun ola bilməz. Çünki, 90-91-ci illərdə Səudiyyə Ərəbistanı SSR-i iqtisadiyyatını neftlə çökdürmüşdü".
Politoloq neftin qiymətində kəskin şəkildə dəyişikliyi 60-70 faiz Kral ailəsində olan səbəblərlə əlaqələndirib. Yəni, burda Səudiyyə Ərəbistanı kralının ata nəsihətini pozaraq öz oğlunu hakimiyyətə gətirmək istəməsi, qardaşlarının buna qarşı çıxma qorxusu səbəbi var. Kral ailəsi isə yaranmış vəziyyəti ələ almaq üçün boş qalan büdcəni neftdən gələn gəlirlərlə doldurmaq istəyir:
"Kral ailəsində hazırda çox böyük narazılıq var. Səudiyyə Ərəbistanında əvvəllər hakimiyyət qardaşdan-qardaşa ötürülürdü. İndiki Səudiyyə Ərəbistanı kralı Salman bin Əbdüləziz əs-Səud bildiyiniz kimi hakimiyyəti öz oğluna həvalə edib. Hazırda Əsudiyyə Ərəbistanının büdcəsi demək olar ki, boşdur. Hətta, bəzi məlumatlara görə Səudiyyə Ərəbistanının borcları valyuta ehtiyatlarını üstələyib. Kral isə hakimiyyəti oğluna verməyi düşünür. Çalışır ki, hətta 30 dollar da olsa, neft satmaqla büdcəni doldursun".