“Deputatlar seçicilərin problemləri ilə maraqlanmalıdırlar” – Şərh
11 Mart 2020 15:50 Siyasət"Demokratik idarəetmənin hökm sürdüyü müstəqil republikamızda 3 hakimiyyət forması mövcuddur: İcraedici, Qanunverici və Məhkəmə hakimiyyəti. İcraedici hakimiyyət ölkənin prezidenti, Qanunverici hakimiyyət ali orqan Milli Məclis, Məhkəmə hakimiyyəti isə müstəqil məhkəmələr tərəfindən həyata keçirilir. Hər bir hakimiyyət forması öz səlahiyyətləri çərçivəsində azad şəkildə fəaliyyət göstərir. Azərbaycan Respublikasının Konstitusiyasının VIII maddəsinə əsasən - "Azərbaycan Respublikasının Prezidenti Azərbaycan xalqının vahidliyini təcəssüm etdirir və Azərbaycan dövlətçiliyinin varisliyini təmin edir" - deyə bilərəm ki, bütün hakimiyyət idarəetməsində xalqın təmsilçisi, ölkənin prezidenti qərar vermə səlahiyyətinə malikdir".
Bu fikirləri Olaylar.az-a siyasi ekspert Əli Miriyev deyib.
Onun sözlərinə görə, fevral ayının 9-da ölkəmizin siyasi həyatında önəmli hadisələrdən biri baş vermişdir. Keçirilən növbədənkənar Milli Məclisə seçkilər xalqın təşəbbüsünü təcəssüm etdirir. Yeni tərkibdə xüsusi dəyişikliklər baş vermişdir. Parlamentdə gənc deputatlarımızın fəaliyyətini də görə bilərik. Bu seçkini ən böyük uğurlarından biri kimi qəbul edilir. Ötən günü 121 deputat tərkibi və ölkə prezidentinin iştirakı ilə keçirilən iclasda xüsusi tapşırıqlar verilmiş, qərarlar qəbul edilmiş, ölkə daxilində baş vermiş beynəlxalq tədbirlər və sonda həyata keçirilmiş islahatlarla bağlı müzakirələr açılmışdır. İslahatlar ölkə üçün mühüm əhəmiyyət kəsb edir. Seçki prosesi də məhz islahatların bir qismi kimi qəbul edilir.
Ekspert qeyd edib ki,islahatlar həm konseptual, həm də struktur xarakter daşıyır və bu gündə davam etdirilir:" Milli Məclisin ilk iclasında cənab prezident İlham Əliyev başda olmaqla gənclər siyasəti, sosial siyasət, beynəlxalq siyasət, iqtisadi siyasət və s. sahələrdə müzakirə aparılmış və ölkə rəhbəri tərəfindən tapşırıqlar verilmişdir. Gənclər siyasətinə xalq olaraq deyə bilərik ki, qarşıya qoyulan hədəf odur ki, ölkədə kadr potensialı yüksəldilməldir. Ölkədə vətənpərvərlər, savadlı, peşəkar şəkildə dövlət və vətən üçün çalışan gənclərin fəaliyyəti qiymətləndirilməlidir. Sosial sahədə ötən ilə nəzərən həyata keçirilən islahatlar insanların sosial rifahının yüksək dərəcədə olduğunu təsbit edir. İqtisadi islahatlara əsasən deyə bilərikki inflasiya göstəriciləri çox aşağı səviyyədədir. Dünya valyutasında neftin qiyməti aşağı düşsə də ölkəmizə ciddi şəkildə mənfi təsirləri olmayacaqdır".
Ə. Miriyev əlavə edib ki, Prezident İlham Əliyev millət vəkillərinə ciddi şəkildə, təkidlə "xalqın - seçicilərin etimadını doğrult"malarını dəfələrlə qeyd etmişdir: "Deputatlar daim seçildikləri dairələrin vətəndaşlarının problemlərini həll etməli, daim onların yanında olmalıdırlar. Beynəlxalq təşkilatlarda ölkəmizi təmsil edən deputatlarımız öz vəzifələrini yekdilliklə həyata keçirməlidirlər. Ona görə ki ölkəmiz beynəlxalq mühitdə xüsusi imicə malikdir. Ölkədə heç bir şəxs "qohum" və digər mənfi hallardan istifadə edə bilməz. Vətəndaşlar öz şikayətlərini məhz ölkənin rəhbərinə birbaşa çatdıra bilərlər. Bunun üçün xüsusi komitə və şöbələrdə mövcuddur. Xüsusi nəzarət mümkündür".
Nigar Orucova
Olaylar.az