Yeni icra başçısı vətəndaşlar və Ağsaqqallar Şurasının üzvləri ilə görüş keçirib

Yeni icra başçısı vətəndaşlar və Ağsaqqallar Şurasının üzvləri ilə görüş keçirib

Neftçala Rayon İcra Hakimiyyəti başçısı Mirhəsən Seyidov vətəndaşlarla və Ağsaqqallar Şurasının üzvləri ilə görüş keçirib. Rayon İcra Hakimiyyətindən "OLAYLAR"-a bildirilib ki, vətəndaşlarla qəbul zamanı Qarabağ müharibəsi veteranı, II və III qrup əlilləri, şəhid ailələri, təqaüdçülər və Ağdam rayon məcburi köçkünləri öz problemlərini səsləndiriblər. Vətəndaş problemlərinin həllinin araşdırılması aidiyyatı üzrə yerli icra nümayəndələrinə, bələdiyyə sədrlərinə və digər qurumlara yönləndirilib. Həmçinin, Ağsaqqallar Şurasının üzvləri ilə də görüş keçirilib. Görüş zamanı rayonda baş verən proseslər müzakirə olunub və ümumi problemlər qeydə alınaraq həlləri haqqında fikirlər irəli sürülüb.

Qeyd edək ki, 5-9 mart 2020-ci il tarixlərində Neftçala Rayon İcra Hakimiyyətinə ümumilikdə 90-a yaxın müraciət daxil olub.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31