“Mən haqlıyam və həqiqətə qarşı heç kim heç nə deyə bilməz”- İLHAM ƏLİYEV

GBP 2,2205  +0,82% RUB 0,0232  -8,19%

USD 1,7000 0,00% EUR 1,9332  +1,24%

11 Mart 2020

Xəbər lenti

Nida.az

Nida Xəbər

Nida Təhlil

Rəsmi xronika

Qırmızı.az

Elm və təhsil

Səhiyyə

Ekologiya

İKT

Sosial

Hadisə

Nəqliyyat

Dünya

MDB

ABŞ

Region

Avropa

Yaxın Şərq

Cənubi Qafqaz

Digər

Stringer.az

Foto

Video

Tabloid.az

Sağlamlıq

Magazin1

Magazin2

Dəb

Qadın

Dizayn

Gözəllik

Mətbəx

Ekopublika.az

Milyonçu

Müsahibə

Banklar

Əmlak

Enerji

Pul

Təhlil

İqtisadi gündəm

Bilgi.az

Art

Maraq dünyası

İnanc

Tarix

Cinayət dünyası

Avto

Mistika

Paranormal

Qoroskop

İdman

Formula 1

Layihələr

Yolçu

Müfəttiş

Xüsusi

Bitmiş layihələr

SON DƏQİQƏ:

Nazirlər Kabineti neftə görə TƏCİLİ TOPLANDI

Toy və yas məclisləri təxirə salınmalıdır - Operativ qərargah

Prezident Milli Məclisin ilk iclasında (YENİLƏNDİ)

İlham Əliyev FƏRMAN İMZALADI

Baş nazirdən manatın taleyi ilə bağlı VACİB AÇIQLAMA: Neftin kəskin ucuzlaşması...

Günün ulduz falı - 11 MART

Koronavirusla bağlı ŞOK ARAŞDIRMA: Hər şey ÜZƏ ÇIXDI

Azərbaycan koronavirusla bağlı ŞAD XƏBƏRİ ELAN ETDİ

Daha iki azərbaycanlıda koronavirus aşkarlandı

SON DƏQİQƏ: Lider TV bağlandı

Prezident: Beynəlxalq təşkilatlar çərçivəsində fəaliyyətimiz daha məqsədyönlü olmalıdır

Rəsmi xronika

10 Mart 2020 20:59

Beynəlxalq təşkilatlar çərçivəsində bizim fəaliyyətimiz daha məqsədyönlü olmalıdır. Orada bizi təmsil edən deputatlar fəal olmalıdırlar, turist kimi getməməlidirlər, sonra hesabat verməlidirlər ki, nə iş görmüsən, kiminlə görüşmüsən, hansı məsələni qaldırmısan. Yoxsa bəzi hallarda bu, turist səfərlərini xatırladır. Getdik, görüşdük, oturduq, danışdıq, yedik, qayıtdıq. Özü də bəzi səfərlər, ümumiyyətlə, qəbuledilməzdir. Mən bu gün bu haqda çox danışmaq istəmirəm, amma bilirəm nə baş verir, hansı hadisələr baş verir.

Publika.az xəbər verir ki, bu sözləri Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev martın 10-da altıncı çağırış Milli Məclisin ilk iclasındakı çıxışında vurğulayıb.

"Ona görə biz beynəlxalq fəaliyyətimizin səmərəliliyini artırmalıyıq. O təşkilatlarda ki, bizə qarşı əsassız yanaşma var, bizə qarşı ittihamlar irəli sürülür, biz orada mübariz olmalıyıq. Yəni, onların qarşısında yaxşı olmaq yox, dövlət, xalq qarşısında yaxşı olmaq lazımdır. Hansısa məsələni kəskinləşdirmək istəmirəm bəhanəsi ilə kənara çəkilmək yox, əksinə, öz sözünü demək lazımdır. Qərəzli yanaşmanı ifşa etmək lazımdır. Necə ki, mən daim bunu edirəm və kifayət qədər faktlar var. Bunu demək üçün siyasətçi olmaq lazım deyil. Adi vətəndaş bunu görür televiziyada. Baxın, bizə demokratiyadan dərs vermək istəyənlər hansı cinayətlər törədirlər. Avropanın dırnaqarası demokratiya beşiyi sayılan ölkələrdə xalqın gözü qarşısında, dünyanın gözü qarşısında dinc nümayişçiləri vururlar, əzirlər, gözlərini çıxarırlar, öldürürlər, həbs edirlər. Jurnalistləri əsassız ittihamlarla həbs edirlər, çürüdürlər onları. Göz qabağındadır, dinc nümayişçiləri itlərlə, atlarla dağıdırlar. Bir ölkədə yox, iki ölkədə yox, demək olar ki, bu, indi bizi tənqid etmək istəyən məkanda kütləvi hal alıbdır. Müsəlman miqrantlara qarşı baxın, necə münasibət göstərilir. Onları XXI əsrdə itlərlə əzirlər, qəfəsə salırlar. Sonra isə qəfəsə yemək parçaları atırlar, heyvan kimi. Budurmu münasibət?!

İndi də bütün vasitələrdən istifadə edib onları əzmək fikrindədirlər. Bəs o miqrantlar haradan yarandı? Nə üçün onlar yarandı? Nəyə görə öz ölkələrini tərk etdilər? Kim onların ölkələrinə basqın etdi? Kim o ölkələri məhv etdi? Kim sabitliyi pozdu? Kim milyonlarla qaçqının yaranmasına səbəbkar oldu? Ona görə kim bunu edibsə, qoy, onun acısını da çəksin. Nə üçün Türkiyə, bizim qardaş ölkəmiz 4 milyon qaçqını qəbul etməlidir, yedirməlidir, içirməlidir, milyardlarla pul xərcləməlidir? Bunları Türkiyəmi didərgin salıb? Yox. Onları didərgin salanlar gəlib onlara sahib çıxsınlar.

Bütün bunları demək lazımdır. Mən bu gün bu kürsüdən bunu deyirəm, açıq, heç kimdən çəkinmədən. Çünki mən haqlıyam və həqiqətə qarşı heç kim heç nə deyə bilməz", - deyə Prezident İlham Əliyev vurğulayıb.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31