Ermənistanın növbəti təxribatları nəyə hesablanıb? -ŞƏRH

Ermənistanın növbəti təxribatları nəyə hesablanıb?

İşğalçı ölkənin rəhbərliyi Qarabağda aktiv hərbi əməliyyatların başlamasında maraqlıdır

Işğalçı Ermənistan ciddi cəhdlə cəbhədə təxribat törətməyə, mövcud vəziyyəti gərginləşdirməyə və Qarabağ cəbhəsində aktiv hərbi əməliyyatların başlamasına çalışır. Son günlər təmas xəttində müntəzəm olaraq törədilən təxribatlar da məhz buna hesablanıb. Bir-birinin ardınca düşmən qüvvələrinin həyata keçirdiyi təxribat əməllərinə daha biri əlavıə edilib. Belə ki, martın 6-da  Ermənistan mətbuatında Azərbaycan-Ermənistan döv­lət sərhədinin Qazax rayonu istiqamətində Azərbaycan tərəfinin diversi­ya keçirməsi və nəticədə Ermənistan Silahlı Qüvvələrinin 1 nəfər hərbi qul­luq­çusunun yaralanması barədə məlumatlar yayılıb.
Dövlət Sərhəd Xidmətinin Mətbuat Mərkəzindən bildirilib ki, DSX-nin hərbi qulluqçuları tərəfindən diversiya keçiril­məsi barədə məlumat həqiqətə uyğun deyildir və real­lığı əks etdirmir. "Mart ayının 6-da səhər saatlarından başlamaqla Qazax ra­yo­nunun Cəfərli kəndləri istiqamətindəki sərhəd döyüş məntə­qələrimiz Ermənistanın İcevan rayonunun Sevkar və Sarıquyuq kəndləri yaxın­lığında yerləşən Er­mə­nistan Silahlı Qüvvə­lərinin bölmələri tərəfin­dən iri çaplı si­lah­­lardan və snayper tüfənglərindən intensiv atəşə tutul­ub.
Düşmən təxribatının qarşısı alınıb, sərhəd döyüş məntəqə­ləri­mi­zə qarşı atəşin açıldığı Ermənistan Silahlı Qüv­vələrinin döyüş möv­­qeləri cavab atəşi ilə susdurulub", DSX-dan bildirilib.

Cəbhə xəttində həyata keçirilən təxribatlara diqqət çəkən Cənubi Qafqazda Sülh və Təhlükəsizlik İnstitutunun rəhbəri, politoloq Məhəmməd Əsədullazadə deyib ki, Ermənistanın Azərbaycanla dövlət sərhəddində təxribatlara əl atması əsasən, digər ölkələrin diqqətini bu istiqamətə yönləndirməyi hesablanıb. Onun sözlərinə görə, prinsipcə atəşkəs mütəmadi olaraq işğal olunmuş ərazilərdə təmas xətti istiqamətində olmalıdır: "Amma, Ermənistan cəbhə xəttində deyil, dövlət sərhəddi istiqamətində təxribatlara əl atmaqdadır. Azərbaycan tərəfi dövlət sərhəddində atəşkəsi pozmaqda maraqlı olmayıb və bunu Ermənistan etməklə yenidən Qazax istiqamətində 2014-cü ilin avqust ayında olduğu kimi Azərbaycanı hərbi eskalasiyaya məcbur edir. Ermənistan çalışır ki, Azərbaycan Qazax istiqmətində Ermənistana zərbə vursun və Yerevan Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatına müraciət edərək, bu təşkilatın hərbi kontingentini Azərbaycanla sərhəddə yerləşdirsin. İtkiləri çoxaltmaq üçün Yerevan sərhəddə Rusiyanın 102-ci bazasında peşəkar snayper kurslarında təlimat alan snayperçiləri yerləşdirib. Bununla məqsəd Azərbaycanı provakasiyaya cəlb etməkdir. Bir ay ərzində Azərbayan demək olar ki, işğal olunmuş ərazilər istiqamətində deyil, dövlət sərhəddində ikinci itki verir". Politoloq hesab edir ki,  Ermənistanın bu planının arxasında xarici amillər dura bilər: "Çünki, bir neçə gün bundan əvvəl Ermənistanın baş qəraragah rəisi Vartanyan Rusiya ilə daima əlaqədə olduqlarını, məsləhətləşdiklərini vurğuladı. Demək, burada əsas plan Azərbaycanla sərhəddə KTMT adı altında Rusiyanın hərbiçilərinin yerləşdirmək planı ola bilər. Dövlət sərhhədində Ermənistanın bu təxribatalarının arxasında müəyyən hədəflərdə dayanması mümükndür. Bu, Rusiyanın planıdır və məqsəd Azərbaycanın Qərblə enerji, nəqliyyat əlaqələrini nəzarətdə saxlamaqdır. Azərbaycan bu istiqamətdə KTMT adı altında istənilən ölkənin hərbiçilərinin yerləşdirilməsini nəzarətdə saxlamalı və Rusiya ilə danışmalıdır. Əgər, digər ölkənin hərbiçiləri sərhəddə yerləşdirilsə, Azərbaycan tərəfi boru kəmərlərinin qorunması üçün Türkiyə hərbiçilərini də bu istiqamətdə yerləşdirilməsini nəzərdən keçirməlidir. Çünki, neft və qaz kəmərlərinin mühafizəsi üçün Türkiyə-Azərbaycan və Gürcüstanın hərbi təlimləri keçirilir. Azərbaycan sərhəddə hansı qüvvələrin yerləşdirilməsindən asılı olamayaraq preventiv zərbələrdən çəkinməməli və Ermənistanın bu təxribatlarının qarşısını almalıdır. Ermənistana bu istqamətdə elə bir zərbə endirilməlidir ki, Yerevan bu kimi təxribatlara getməyə cürət etməsin".

Füzuli

Olaylar.az

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31