Yeni icra başçısı kollektivə təqdim olundu
6 Mart 2020 13:44 Siyasətİsmayıllı Rayon İcra Hakimiyyətinin yeni başçısı Nahid Bağırov kollektivə təqdim olunub.
N.Bağırovu kollektivə Prezidentin ərazi-təşkilat məsələləri üzrə köməkçisi Zeynal Nağdəliyev təqdim edib.
Qeyd edək ki, ötən gün Prezident İlham Əliyevin imzaladığı sərəncamla Mirdaməd Sadıqov İsmayıllı Rayon İcra Hakimiyyətinin başçısı vəzifəsindən azad edilib. Onun yerinə Nahid Rza oğlu Bağırov təyin olunub.
N.Bağırov bu təyinatadək Azərbaycan Turizm Assosiasiyasının idarə heyətinin sədri olub.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31