Meksikanın tanınmış radiosunda Azərbaycan haqqında danışılıb

Meksikanın ən populyar radio kanallarından olan “MVS Noticias”da Azərbaycana dair veriliş yayımlayıb. Azərbaycanın Meksika Birləşmiş Ştatlarındakı səfiri Məmməd Talıbov canlı yayımlanan efirdə tanınmış meksikalı jurnalist Viktor Sançez Banyosun qonağı olub.

Meksikanın ən populyar radio kanallarından olan "MVS Noticias"da Azərbaycana dair veriliş yayımlayıb. Azərbaycanın Meksika Birləşmiş Ştatlarındakı səfiri Məmməd Talıbov canlı yayımlanan efirdə tanınmış meksikalı jurnalist Viktor Sançez Banyosun qonağı olub.

Olaylar.az bildirir ki, aparıcının Azərbaycana dair suallarını cavablandıran Məmməd Talıbov xalqımızın 1918-ci ildə müsəlman dünyasında ilk dünyəvi demokratik respublika yaratması, bütün vətəndaşlarına bərabər hüquqlar verməsi, bu gün respublikamızın müstəqil dövlət kimi inkişafı, ölkəmizdə müxtəlif dinlərin və mədəniyyətlərin nümayəndələrinin dinc şəraitdə birgə yaşaması, ölkəmizin mədəniyyətlərarası dialoq mərkəzinə çevrilməsi, turizm imkanları və digər mövzular barədə dinləyicilərə məlumat verib.

Azərbaycanın təşəbbüsü ilə reallaşan qlobal enerji layihələrindən söz açan diplomat, Bakı-Tbilisi-Ceyhan, Bakı-Tbilisi-Ərzurum, Cənub Qaz Dəhlizi kimi layihələr barədə məlumat verib, ölkəmizin həm regional məsələlərdə, həm də qlobal enerji bazarında mühüm iştirakçıya çevrildiyini bildirib. Asiya ilə Avopa arasında ən qısa yol olan Bakı-Tbilisi-Qars dəmir yolu xətti, Bakı Beynəlxalq Dəniz Ticarət Limanı, habelə ölkəmizdə yaradılan müasir yol və hava nəqliyyatı infrastrukturu barədə söhbət açıb.

Azərbaycanla Meksika arasında mövcud olan siyasi, mədəni, enerji, kənd təsərrüfatı və s. kimi müxtəlif sahələrdə əməkdaşlıq üçün çoxsaylı imkanların mövcudluğunu qeyd edən səfir, 2017-ci ildə imzalanmış və cari ilin 22 fevral tarixində qüvvəyə minmiş Azərbaycan və Meksika Hökumətləri arasında təhsil, elm, gənclər, mədəniyyət və idman sahələrində əməkdaşlığa dair Sazişin dost ölkələrimiz arasındakı əlaqələrin daha da möhkəmləndirilməsi üçün hüquqi əsas yaradacağını bildirib.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31