Səfir Elxan Poluxov və Surinamın Braziliyadakı səfiri Marlon Faisal Mohammed Hoesein ilə görüşdü
Səfir Elxan Poluxov və Surinamın Braziliyadakı səfiri Marlon Faisal Mohammed Hoesein ilə görüşdü
5 Mart 2020 17:04 SiyasətAzərbaycan Respublikasının Braziliyadakı səfirliyində, Azərbaycan Respublikası ilə Surinam Respublikası arasında diplomatik münasibətlərin qurulmasının iyirmi illiyi ilə əlaqədar, səfir Elxan Poluxov və Surinamın Braziliyadakı səfiri Marlon Faisal Mohammed Hoesein arasında ölkələrin Xarici işlər nazirlərinin təbrik məktublarının mübadiləsi mərasimi keçirilmişdir.
Olaylar.az bildirir ki, təbrik məktublarında, iki ölkə arasında ikitərəfli və çoxtərəfli əlaqələrdə mövcud olan dostluq və əməkdaşlıq, iyirmi il ərzində əldə edilmiş nailiyyətlər, Ermənistan -Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin həllində Suirnamın göstərdiyi dəstək vurğulanmış və gələcəkdə münasibətlərin dahada inkişaf etdirilməsi istiqamətində səylərin artırılmasının vacibliyi qeyd edilmişdir.
Bundan başqa məktubda, Surinam Xarici işlər nazirinin 2019-cu ildə Qoşulamama Hərəkatının Zirvə Toplantısı çərçivəsində Azərbaycana səfəri və imzalanmış ikitərəfli sənədlərin münasibətlərimizin inkişafına verdiyi töhvə qeyd edilmişdir.