Çikaqoda Xocalı faciəsinin 28-ci il anım mərasimi əziz xatirəsi anılıb
Çikaqoda Xocalı faciəsinin 28-ci il anım mərasimi əziz xatirəsi anılıb
24 Fevral 2020 11:18 SiyasətABŞ-ın əsas siyasi və mədəniyyət mərkəzlərindən biri olan Çikaqo şəhərində, İllinois Ştatının Holokost Muzeyi və Təhsil Mərkəzinin binasında Azərbaycan tarixinin ən faciəvi səhifələrindən biri olan Xocalı faciəsinin 28-ci il dönümünə həsr edilmiş tədbir keçirlib. Olaylar.az bildirir ki, tədbir Amerikanın Orta Qərb Ştatları üzrə Azərbaycan Mərkəzinin təşkilatçılığı, Azərbaycan Respublikasının ABŞ-dakı Səfirliyi və Azərbaycan Respublikasının Diasporla İş üzrə Dövlət Komitəsinin iştirakı ilə baş tutub.
Tədbirdə "Xocalı faciəsi - qanlı yaddaş və anım" mövzusunda foto sərgi və seminar təşkil edilib.
Tədbirdə əsas natiqlər qismində ABŞ-ın Orta Qərb Ştatları üzrə Azərbaycan Mərkəzinin (ACMA) prezidenti Fərid Məmmədov və ACMA-nın idarə heyətinin sədri Mehriban Məmmədova, Türkiyə Respublikasının Çikaqo şəhərindəki Baş Konsulu Ayşe Selcan Şanlı, Azərbaycan Respublikasının ABŞ-dakı Səfirliyinin siyasi məsələlər üzrə əmədaşı Şəlalə Vəliyeva, Azərbaycan Respublikasının Diasporla İş üzrə Dövlət Komitəsinin məsul əməkdaşı Lalə İsmayılova, ABŞ Konqresində təmsil edən Konqres üzvü Mayk Quigley ofisinin nümayəndəsi Cenni Herman, "Orta Asiya Səmərəliliyi" tədqiqat mərkəzinin rəhbəri professor Harri Lepinski, Northeastern Illinois Universitetinin soyqirim və müharibə fəlakətləti üzrə araşdırıcı professor Jeanine Ntihirageza, İlinoys ştatnın Holokost və Soyqırım şöbəsinin idarə heyətinin üzvü professor Maria Korkatsch-Groszko və Ukrayna Amerika konqresinin direktorlar şurasının sədri - Roman Yatskovskiy və Amerika Yəhudi İcmasının Çikaqo nümayəndəsi Fanny Sampson-Cohen rəsmi qonaq qismındə iştirak ediblər. Xüsusi qonaq qismində Holokost şahidi Janine Oberrotman iştirak edib. Bundan əlavə, təbirdə Çikaqo şəhərinin ictimai xadimləri, Azərbaycan, Türkiyə, Özbəkistan, Qırğızıstan, Pakistan, Hindistan və Moldova icmalarının nümayəndələri iştirak ediblər.
Anım mərasimində Amerikanın Orta Qərb Ştatları üzrə Azərbaycan Mərkəzinin prezidenti Fərid Məmmədov tədbiri çıxış nitqi ilə açaraq tədbirin proqramı və Xocalı faciəsi barədə fikirlərini bölüşüb. Daha sonra Çikaqo şəhərində yaşayan Azərbaycanlı icmasının nümayəndəsi Nigar Çaybasarski çıxış edərək, xocalı faciəsi barədə geniş təqdimat edərək tədbir iştirakçılarına məlumat verib. Daha sonra tədbir iştirakçılarına Xocalı faciəsinə həsr edilmiş qısa video çarx nümayiş etdirilib.
Tədbirdə Azərbaycanın Respublikasının ABŞ-dakı siyasi məsələlər üzrə əmədaşı Şəlalə Vəliyeva çıxış edərək, görüş iştirakçılarına Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin tarixi, Ermənistanın ölkəmizə qarşı apardığı işğalçı siyasət, xalqımıza qarşı törədilən etnik təmizləmə faktları və soyqırım cinayətləri barədə ətraflı məlumat verib.
Daha sonra Azərbaycan Respublikasının Diasporla İş üzrə Dövlət Komitəsinin məsul əməkdaşı Lalə İsmayılova çıxış edərək, Xocalı faciəsi barədə məlumat verib.
"Orta Asiya Səmərəliliyi" tədqiqat mərkəzinin rəhbəri professor Harri Lepinski çıxışında Cənubi Qafqaz bölgəsində olan durum və Xocalı faciəsinin dəhşətləri barədə məlumat verib.
Daha sonra Amerikanın Orta Qərb Ştatları üzrə Azərbaycan Mərkəzinin idarə heyətinin sədri Mehriban Məmmədova çıxış edərək, 1988-ci ildə Ermənistanın Azərbaycana qarşı başlatdığı hərbi təcavüz və Azərbaycan xalqına qarşı apardığı etnik təmizləmə siyasəti çərçivəsində keçmiş sovet ordusunun 366-cı motoatıcı alayının köməyi ilə erməni silahlı birləşmələri 1992-ci il fevralın 25-dən 26-na keçən gecə Xocalıda qətliam törədiblər.
Ukrayna Amerika konqresinin direktorlar şurasının sədri Roman Yatskovsky tarixdə insanlıq əleyhinə olan cinayətlərin oxşarlığından bəhs edib.
Northeastern Illinois Universitetinin soyqirim və müharibə fəlakətləti üzrə araşdırıcı professor Jeanine Ntihirageza çıxış edərək Burundian genocides Burundian soyqırımı barədə geniş danışaraq, bu mövzunun Xocalı faciəsi ilə əlaqələndirərək, bu mövzunun daha çox diqqət və araşdırma mövzusu olduğunu qeyd etdı.
Tədbirdə xüsusi qonaq qismində iştirak edən, yəhudi xalqına qarşı törədilmiş Holokostun canlı şahidi xanim Janine Oberrotman geniş çıxış edərək şahidi olduğu acı xatirələr barədə söhbət açıb.
Daha sonra, Azərbaycan icmasının nümayəndəsi Cavad İsmayilbəyli "Ney" musiqi alətində alətində ifa edərək, təsirləndirici - qəmli musiqi parçalar səsləndirib. İfa tədbir iştirakçıları tərəfindən böyük maraqla qarşılanıb.
Tədbirin sonunda qonaqlara Xocalı faciəsi zamanı şəhid olan soydaşlarımızın ruhuna ehsan verilib.
.jpg)
.jpg)
.jpg)