Xocalı həqiqətləri Los Anceles radiosunda səsləndi

Xocalı həqiqətləri Los Anceles radiosunda səsləndi

ABŞ-ın Los Anceles şəhərində fəaliyyət göstərən tanınmış "Environmental Directions" radio proqramının dəvətilə Azərbaycanın Los Ancelesdəki baş konsulu Nəsimi Ağayev Xocalı soyqırımına dair sözügedən proqrama müsahibə verib. 

Olaylar.az bildirir ki, müsahibədə N.Ağayev ilk öncə Qarabağın əzəli Azərbaycan torpağı olması, Ermənistanın Azərbaycana qarşı işğalçılıq və etnik təmizləmə siyasəti barədə ətraflı danışaraq, BMT Təhlükəsizlik Şurası tərəfindən bu işğalı pisləyən dörd qətnamənin qəbul edilməsinə baxmayaraq, Ermənistanın hələ də bu qətnamələrə və dünya birliyinin iradəsinə məhəl qoymadığını qeyd edib.

Daha sonra Xocalı soyqırımı barədə geniş məlumat verən diplomat, bu cinayəti törədənlərin hələ də cəzasız qaldıqlarını diqqətə çatdırıb. Baş konsul bildirib ki, ermənilər nə qədər Xocalı soyqırımını inkar etsə də, faktları dəyişdirmək mümkün deyil. N.Ağayev bu səpkidə Ermənistanın keçmiş prezidenti Serj Sarqsyanın Xocalı qətliamına dair etdiyi etirafı diqqətə çatdırıb.

N.Ağayev 2008-ci ildən bəri Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevanın rəhbərliyi altında "Xocalıya Ədalət" beynəlxalq kompaniyası çərçivəsində görülmüş işlər sayəsində Xocalı soyqırmının beynəlxalq səviyyədə tanınması istiqamətində mühüm addımlar atıldığını vurğulayıb.
Sonda baş konsul Azərbaycan Prezidenti İlham Əliyevin rəhbərliyi altında ölkəmizin bu gün çətin bir bölgədə sabitlik və rifah adasına çevrildiyini və münaqişənin Azərbaycanın ərazi bütövlüyü çərçivəsində həlli istiqamətində səylərin əzmlə davam etdirildiyini diqqətə çatdırıb.

Müsahibəni bu linkdə izləmək olar: https://youtu.be/P9DL8eXKk_0

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31