Seçkilərin nəticələrinə kölgə salmaq cəhdi fiaskoya uğradı- Təhlil

Seçkilərin nəticələrinə kölgə salmaq cəhdi fiaskoya uğradı-Təhlil

Növbədənkənar parlament seçkisinin nəticələri barədə qərəzli fikir söyləmək üçün  əsas yoxdur

Azərbaycanda həyata keçirilən islahatlar çərçivəsində daha bir möhtəşəm siyasi aksiyaya imza atıldı. Bu qənaətə gəlməyə fevralın 9-da keçirilən növədənkənar parlament seçkilərinin nəticələri deməyə əsas verir. Belə ki, müstəqillik əldə etdikdən sonra keçirilən prezident, bələdiyyə və parlament seçkilərində kifayət qədər təcrübə əldə edən ölkəmiz artıq beynəlxalq standartlara uyğun seçki kiçirmək iqtidarındadır. Bunu seçkiləri müşahidə edən çoxsaylı yerli və beynəlxalq müşahidəçilər də etiraf edirlər. Beynəlxalq müşahidəçilər və kütləvi informasiya vasitələrinin nümayəndələri mətbuata açıqlamalarında qeyd ediblər ki, Azərbaycandakı parlament seçkiləri seçki qanunvericiliyinin  tələblərinə uyğun keçirilib. Müşahidəçilər heç bir qanun pozuntusu ilə qarşılaşmayıblar, səsvermə prosesi peşəkarcasına və texniki cəhətdən yaxşı təşkil olunub. Heç bir təzyiq qeydə alınmayıb. Bu isə ona dəlalət edir ki, seçkilər şəffaf və demokratik şəraitdə keçib.

9 fevral erkən parlament seçkiləri isə əvvəlki seçkilərdən bir sıra üstünlükləri ilə fərqləndi desək, heç də fikrimizdə yanılmarlıq. Bu faktı  ATƏT-in Demokratik Təsisatlar və İnsan Haqları Bürosu (DTİHB), ATƏT Parlament Assambleyası və Avropa Şurası Parlament Assambleyasının (AŞPA) nümayəndələrindən ibarət Beynəlxalq Seçki Müşahidə Missiyası (BSMM) Milli Məclisə növbədənkənar seçkilərlə bağlı fevralın 10-da açıqladıqları ilkin qənaətləri də təsdiq etmiş olur. Hesabatda parlament seçkisi ilə bağlı bir sıra müsbət məqamların yer alması sözügedən beynəlxalq müşahidəçilər tərəfindən seçkinin mahiyyətini açmış olur. Belə ki, açıqlamada qeyd olunur ki, Azərbaycanda keçirilən növbədənkənar parlament seçkilərində çoxlu sayda namizəd qeydə alınıb. Əslində növbədənkənar parlament seçkisinə çoxlu sayda namizədin qatılması ölkə vətəndaşlarının siyasi aktivliyinin göstəricisi olmaqla yanaşı, həm də insanların həyata keçirilən islahatlara inamının etirafı kimi dəyərləndirilməlidir. Başqa sözlə, vətəndaşlar ölkədə gedən prosesləri dəstəkləyir və özləri də şəxsən həmin proseslərin iştirakçısı olmağa can atırlar.  Açıqlamada qeyd olunur ki,  namizədlərin qeydiyyatı prosesi inklüziv olub, 19 siyasi partiya namizədlərini təqdim edib. 89 min yerli, 883 beynəlxalq müşahidəçi qeydiyyata alınıb. "Seçki administrasiyası resurslarla yaxşı təmin olunmuşdu və qısa vaxta baxmayaraq qanunla müəyyən edilmiş bütün müddətlərə riayət etdi. MKS şəffaf surətdə işləmək üçün səylər göstərdi və beynəlxalq müşahidəçilərə münasibətdə xoşməramlı idi. İclaslar müşahidəçilər və mediaya açıq idi. Qərarlar bir qayda olaraq həmrəyliklə  qəbul edilirdi və vaxtı-vaxtında sayta yerləşdirilirdi ki, bu da şəffaflığı artırırdı. Şəffaflıq məqsədilə seçki məntəqələrində mindən çox kamera yerləşdirilmişdi. Çoxsaylı məcburi köçkünlərin ortaya çıxmasına səbəb olmuş Ermənistanla münaqişə ilə əlaqədar Azərbaycanın nəzarətindən tam və qismən kənar olan 10 seçki dairəsində seçkilər keçirilə bilmədi. Məcburi köçkünlərin seçki hüquqlarının təmin edilməsi sahəsində mühüm işlər görülmüşdür".  Açıqlamadan görünür ki, parlament seçkiləri üçün lazım və tələb olunan bütün addımlar atılıb. Təkcə seçkiyə 19 siyasi partiyanın qatılması seçkiyə olan marağın əyani sübutudur. Hansı ki, seçkilərin ədalətli keçiriləcəyinə əmin olan siyasi institutlar öz güclərini yoxlamaq qərarına gəliblər.

Lakin bütün sadlananlara baxmayaraq parlament seçkilərinə kölgə salamq cəhdləri də yox deyil. Xüsusən, sapı özümüzdən olan baltaların təxribatları, xarici himayədarlarına həqiqətə uyğun olmayan danonsları ötürmələri qarayaxma kompaniyasından başqa bir şey deyil. Elə beynlxalq müşahidəçilərin keçirdikləri mətbuat konfransında Azərbaycanın qanına susamış Xədicə İsmayılovanın Azərbaycan nümayəndə heyətinə AŞPA-da səlahiyyət verilməməsi məsələsini qaldırması təsadüfi deyil. Parlament seçkisinə heç bir aidiyyati olmayan məsələnin məqsədli şəkildə qaldırılmasına təxribatdan başqa heç bir ad vermək olmaz. Belə halda "Roma Papasından artıq Katolokin" əlində  seçki saxtakarlığı ilə bağlı tutarlı bir fakt olsaydı, hansı şüvən qopacağını təsvvür etmək heç də çətin deyil. Onun sualına  cavab olaraq qatı anti-azərbaycançı Frank Şvabe məsələyə skeptik yanaşdığını, xüsusilə də AŞPA-da Rusiya nümayəndə heyəti ilə yaşananlardan sonra onun daha da mürəkkəb olduğunu qeyd edib. Bu sual və F.Şvabenin cavabı X.İsmayılovanın hələ də virtual dünyada yaşadığını göstərmiş oldu. ATƏT-in qısamüddətli müşahidə missiyasının rəhbəri Artur Gerasimov isə vurğulayıb ki, legitimlik məsələsini yalnız Azərbaycan xalqı müəyyən edir. DTİHB-in müşahidə missiyasının rəhbəri Piter Teyler isə qeyd edib ki, məsələ onların mandatına aid deyil. Bu isə onu göstərir ki, X.İsmayılovanın daha bir təxribat xarakterli cəhdi uğursuzluğa düçar olub. Başqa sözlə, Azərbaycan hökumətinin həyata keçirdiyi seçki mexanizmi elə şəffaf və demokratik hazırlanıb ki, heç təxribata da yer qalmır.

Müşahidə missiyasının parlament seçkisi ilə bağlı ümumi qənaəti bundan ibarətdir:  "DTİHB-nun bu dəfəki dəyərləndirməsində prosedur-təşkilati, metodoloji yanaşma üstünlük təşkil edir. İddia edilən çatışmazlıqlar prosedur və təşkilati nöqteyi-nəzərdən qiymətləndirilir və seçkinin nəticələrinə təsir edə biləcək formada təqdim olunmur. Qeyd olunan çatışmazlıqlar yerli, məhəlli xarakter daşıyır".

Yeri gəlmişkən qeyd edək ki, DTİHB-in seçkilərlə bağlı tənqidləri yalnız Azərbaycana münasibətdə özünü göstərmir. Müqayisə etdikdə, Qərbi Avropa ölkələrində bəzən daha kəskin problemlər müəyyən olunur. Sadalanan çatışmazlıqlar isə ümumilikdə seçkinin nəticələrinə təsir imkanlarına malik deyil. Başqa sözlə, qeydə alınan çatışmazlıqlar siyasi iradə ilə deyil, yalnız texni problemlərlə bağlıdır. Etiraf edək ki, seçkiöncəsi dişini qıcıyan qüvvələr DTİHB-dən seçkinin nəticələrini şübhə altına salacaq bəyanat gözləyirdilər. Bu baş vermədiyi üçün onların məyusluğu başa düşüləndir. Bundan sonra sözügedən qüvvələrin seçkilərin gedişi və onun nəticələri barədə hər hansı fikir yürütməyə hüquqi və mənəvi haqları yoxdur. Bu parlament seçkiləri isə bir daha göstərdi ki,  Azərbaycan hökumətinin beynəlxalq ictimaiyyətdən gizlədəcəyi, çəkinəcəyi bir problemi yoxdur və istənilən beynəlxalq təşkilatla konstruktiv əsasda əməkdaşlığa hazırdır.

Alim

Olaylar.az

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31