Trampın təhlükəsizlik məsələləri Ağ Evdə müzakirə olunacaq

ABŞ Prezidenti Donald Trampın təhlükəsizliyi bu həftə Ağ Evdə müzakirə ediləcək.

Olaylar xəbər verir ki, bu barədə "USA Today" qəzeti məlumat yayıb.

Prezidentin iştirakı ilə keçirilən mühüm tədbirlərin proqramı və protokolunu müzakirə etmək üçün Ağ Evin İşçi Qrupu, Məxfi Xidmət və Daxili Təhlükəsizlik Departamenti bir araya gələcək.

Ağ Evin yüksək vəzifəli nümayəndəsi bildirib ki, məsləhətləşmələr zamanı təhlükəsizlik məsələləri müzakirə olunacaq, eləcə də əsas tədbirlərin təhlükəsizliyini təmin etmək üçün bütün mümkün tədbirlərin görülməsi variantları nəzərdən keçiriləcək.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31