FİFA DÇ-2026-nın mükafat fondunu genişləndirəcək
20:03 DünyaBeynəlxalq Futbol Federasiyaları Assossasiyası (FİFA) Futbol Üzrə Dünya Çempionatında (FIFA 2026) iştirak edən Milli komandalara ödənişlərin artırılacağını vəd edib.
Olaylar bu barədə xarici mediaya istinadən xəbər verir.
Məlumata görə, ali futbol qurumu bu qərarı turnirin səfər və digər xərclərinin həddən artıq olmasını əsas gətirən milli federasiyaların təzyiqi altında qəbul edib.
2025-ci ilin dekabrında FİFA Şurası, qurum tarixinin ən yüksək - 727 milyon dollar həcmində rekord mükafat fondunu təsdiqləyib. Bu məbləğə əsasən, 48 iştirakçı ölkənin hər biri minimum 10,5 milyon dollar alacağına zəmanət verilirdi. Lakin bir sıra federasiyaların nümayəndələri bildiriblər ki, ABŞ, Kanada və Meksikada aviabiletlərin, yaşayışın yüksək xərclərinə və vergilərə görə, hətta komandanın uğurlu çıxışı halında belə gəlirlər sıfıra bərabər ola bilər.